R

Layihənin icrasına başlanıb: 04 fevral 2002-ci ildə BAMF-la Yaponiyanın Azərbaycandakı Səfirliyi arasında bağlanan müqavilə və Yaponiya Səfirliyi-ANAMA-BAMF arasında imzalanmış üçtərəfli memorandum əsasında başlanılmışdır. Hal-hazırda layihənin icrası davam edir.

Donor: BMT-nin İnkişaf Proqramı, Amerikanın Dövlət Departamenti, Azərbaycan Hökuməti.

Layihənin həyata keçirildiyi əhatə dairəsi: Xanlar rayonunun Quşqara və Topalhəsənli kəndləri, Tərtər rayonunun Şıxarx kəndi.
Layihənin məqsədi: mina və partlamamış hərbi sursatlarla çirklənmiş ərazilərin təmizlənməsi.

Layihəni həyata keçirən heyət-- proqram əvvəlcə 12 nəfərdən ibarət olan mobil heyətlə və xarici texniki məsləhətçi Tomas Laurensunun rəhbərliyi altında həyata keçirilmişdir. Hazırda icma mina aksiyası komandasının heyəti 70 nəfərdən çoxdur və minatəmizləmə işləri milli supervayzerin rəhbərliyi altında həyata keçirilir.

Əldə edilən nəticə-- İcma Mina Aksiyası komandası bu günədək Xanlar və Tərtər rayonlarının ərazisində 6 mln. m2 yaxın ərazidə təmizləmə işləri aparmış və hal-hazırda komanda öz fəaliyyətini davam etdirir.