Ölkədə radikal qrupların öz fikirlərini və ideyalarını yaymaq cəhdləri iflasa uğrayıb. Cənab Qurbanlı həmçinin əlavə edib ki, Komitə 2015-ci il üçün böyük bir plan tərtib edib. Bu plan əsasən dövlət-din, dövlət-din-cəmiyyət və cəmiyyətdə fərdlərarası münasibətləri və dini məsələləri, dini icmalar və onların fəaliyyətini, Azərbaycanda dini maarifləndirmə və digər sahələri əhatə edir. Komitə bütün qurumlarla, o cümlədən vətəndaş cəmiyyəti təmsilçiləri ilə Azərbaycanda milli-mənəvi dəyərlərin təbliğatı və təşviqatı üçün birgə tədbirlərin keçirilməsində maraqlıdır. Çünki bu tədbirlərin əsas məqsədi, milli adət və ənənələrin qorunmasını təmin etmək və inkişaf etdirməkdən ibarətdir. Sonda BAMF adından komitə sədrinə dəyərli hədiyyələr təqdim olunub.

BAMF-ın informasiya Departamenti