O bildirib ki, Qaçqınlara və məcburi köçkünlərə , az təminatlı ailələrə, əlillərə, xüsusilə də müharibədən zərər çəkmiş ərazilərdə yaşayan mina qurbanları və yoxsul əhaliyə mikro-kreditlərin verilməsi məqsədi ilə “Avrasiya Kredit” MMC beynəlxalq donorlarla əməkdaşlıq edir . Bu proses hazırda yerli donorlarla da davam edir. Xüsusilə BAMF-ın regionlarda reallaşdırdığı layihələr çərçivəsində “Avrasiya Kredit” kiçik kreditlər paylayaraq region əhalisinin fərdi təsərrüfatlar qurmasında , son nəticədə həmin kredit götürənlərin maliyyə vəziyyətinin dayanıqlılığının təmin olunmasında yaxından iştirak edir. “Avrasiya Kredit” –in əldə etdiyi uğurlar həm də icma problemlərinin həll olunmasına nail olmaq üçün müəyyənləşdirilmiş funksiyaların genişləndirilməsi yolunda BAMF-ın fəaliyyətlərinin yeni mərhələsidir.

BAMF-ın Informasiya Departamenti