Bundan başqa, görüş zamanı BAMF-ın sədri Umud Mirzəyev və qonaqlar Dağlıq Qarabağ münaqişəsi , o cümlədən Azərbaycanın vətəndaş cəmiyyətinin inkişafı vəziyyətini müzakirə ediblər. Qonaqlar , eyni zamanda Bank Olmayan Kredit Təşkilatı „Avrasiya Kredit“-in fəaliyyəti ilə yaxından tanış olublar. „Avrasiya Kredit“-in Baş direktoru səfirliyin nümayəndələrinə təşkilatın fəaliyyəti barədə geniş məlumat verib.
Almaniya Səfirliyi və BAMF yaxın gələcəkdə mümkün birgə layihə kimi münaqişə rayonlarında məktəblilərə həyatlarının erkən dövrlərində maliyyə vəsaitinə qənaət etmənin vacibliyi layihəsinin icrasını planlaşdırırlar. Tərəflər qeyd ediblər ki, bu görüş əməkdaşlıq üçün çoxsaylı imkanlar açdı və hər iki tərəf üçün çox uğurlu oldu . BAMF-ın beynəlxalq əməkdaşlıq şəbəkəsi uzun tarixə malikdir və bir çox sahələrdə təşkilatın fəaliyyəti üzrə ilkin peşəkar təcrübə qazanmaq üçün tələbə gənclərini fonda ezam edən Almaniya universitetləri ilə yaxın əməkdaşlığı olmuşdur.

BAMF-ın Informasiya Departamenti