AzərTAc-ın baş direktoru Aslan Aslanov agentliyin keçdiyi inkişaf yolu, beynəlxalq əlaqələri, son illərdə əldə etdiyi uğurlar, xüsusilə dünyanın nüfuzlu xəbər agentlikləri alyanslarının rəhbər heyətində təmsil olunması barədə məlumat verib. Baş direktor BAMF-ın ölkəmizdə media və vətəndaş cəmiyyətinin inkişafı sahəsində gördüyü işlərin təqdirəlayiq olduğunu söyləyib.
BAMF sədrinin beynəlxalq məsələlər üzrə müşaviri Lütful Kabir, sədrin müavinləri Ramil Əzizov , Ayaz Mirzəyev , təşkilatın beynəlxalq əlaqələr departamentinin rəhbəri Maykl Montafi də AzərTAc-ı 95 illik yubileyi münasibətilə təbrik edib, agentliyin kollektivinə uğurlar arzulayıblar.
Görüşdə AzərTAc ilə BAMF arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

BAMF-ın Informasiya Departamenti