Bu qrupda BAMF öz dəstəyini məcburi köçkünlərin yaşayışı və dolanışığına dair həyata keçirdiyi peşə təlimi və mikro-kredit proqramları səviyyəsində nümayiş etdirir. Proqram çərçivəsində məcburi köçkünlərin ehtiyaclarının ilkin qiymətləndirilməsi sayəsində, bacarıqarını inkişaf etdirməyə ehtiyacı olan məcburi köçkünlər və onların bu bacarıqlarla təmin olunacağı təqdirdə həyat şəraitlərini yaxşıya doğru dəyişə biləcək şəxslər BAMF tərəfindən müəyyən olunur. Bu funksiyanı effektiv yerinə yetirmək üçün BAMF daima qaçqın və sığınacaq axtaranlar, eləcə də qaçqın icmalarının problemləri ilə məşğul olan İOM, UNHCR, o cümlədən Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi kimi müxtəlif strukturlarla görüşür. Daha sonra BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin rəhbəri BAMF-ın prioritet beynəlxalq layihələrinin visual təqdimatı olub. Təqdimatları və ümumilikdə BAMF-ın fəaliyyətini müsbət qiymətləndirən nümayəndəliyinin rəhbəri Dag Sigurdson bildirib ki, Azərbaycan hökuməti Məcburi Köçkün və Qaçqınların vəziyyətini yaxşılaşdırmaq üçün hər il çoxlu işlər görür. Demək olarki hər il 400 – 500 milyon manat vəsait xərcləyir: -“Sizin nəzərinizə çatdırım ki, təkcə BMT QAK-ın Avropa ölkələri üzrə regional nümayəndəliyinin illik büdcəsi 100-144 milyon avrodur. İndi siz müqayisə eləsəniz, görərsiniz ki, Azərbaycan höküməti qaçqınlar və məcburi köçkünlər üçün nə qədər böyük işlər görür.”
Baş tutan görüşdən məmnunluğunu bildirən BAMF sədri Umud Mirzəyev isə bir daha bəyan edib ki, rəhbərlik etdiyi təşkilat qaçqın və sığınacaq axtaranlara dair problemlərin qabardılması, yaxud təbliğində medianın rolunu və mühümlüyünü qiymətləndirməkdə davam edir. Mediadan bütün səviyyələrdə səmərəli istifadə etməklə qaçqın və məcburi köçkünlərə təsir edəcək qərarların qəbuluna cəlb olunmuş maraqlı tərəflərin, həmin kateqoriyadan olan insanların vəziyyəti barədə müvafiq məlumatlılığı təmin etmək BAMF-ın strategiyası olaraq qalacaq.

BAMF-ın Informasiya Departamenti