Hazırda Azərbaycan dövləti, vətəndaşlarımız, xaricdəki soydaşlarımız tərəfindən Xocalı faciəsi haqqında həqiqətlərin dünyaya çatdırılması, onun əsl soyqırımı aktı kimi tanıdılması istiqamətində mühüm addımlar atılır. Buna misal olaraq “Xocalıya ədalət” kampaniyası çərçivəsində həyata keçirilən tədbirlər, dünyanın müxtəlif ölkələrində gənclərimizin keçirdiyi aksiyalar, aparıcı təşkilatlara, beynəlxalq qurumlara Xocalı müsibətini əks etdirən məlumatların göndərilməsi təqdir olunmalıdır. Ümumiyyətlə, Azərbaycan Xocalı soyqırımı ilə bağlı həqiqətləri dünyaya çatdırmağa və hətta bir sıra ölkələrin parlamentlərində müvafiq hüquqi sənədlərin qəbuluna nail olub. Görüşdən sonra Şəhidlər Xiyabanı və amansızcasına qətlə yetirilən Xocalı sakinlərinin məzarları ziyarət olunub.

BAMF-ın Informasiya Departamenti