Birinci tədbir 26 fevral 2015-ci il tarixində Haaqa şəhərində yerləşən Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edilməsi və abidə önünə əklillər qoyulmasıyla başalmışdır. Daha sonra Niderland Krallığının parlamentinin binasında “Nieuwspoort” Beynəlxalq Mətbuat Mərkəzində “Light a Fire to Fight the Liar!” (Yalanla Mübarizə üçün Alov Yandır!) adlı fotosərginin açılış mərasimi baş tutmuşdur. Sərginin açılışı zamanı Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla anılıb, tədbirin keçirldiyi məkanda “Light a Fire to Fight the Liar!” şüarına uyğun olaraq şəhidlərin xatirəsinə çoxsaylı şamlar yandırılmışdır. Heydər Əliyev Fondu tərəfindən “Xocalıya Ədalət” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində hazırlanmış tematik kitab, broşur, jurnal, poster və digər təbliğat materialları iştirakçılara paylanılmışdır.
Növbəti tədbir Niderland parlamentinin qarşısında, “Plein” meydanında baş tutmuşdur. Beləki meydanda çadır qurulmuş, yerli ictimaiyyətə Xocalı soyqırımının tarixçəsi, ermənilər tərəfindən törədilmiş vəhşiliklər haqqında məlumat verilmişdir. Bundan başqa sərgiyə gələn ziyarətçilərə təbliğat materialları paylanılıb və onlar bu dəhşətli soyqırımın dünyada tanınması məqsədilə müvafiq petisiyanı imzalamağa dəvət olunmuşdur.
Elə həmin gün Ermənistannın Niderlandakı Səfirliyi qarşısında 200 nəfərin iştirakı ilə dinc aksiya keçirilib səfirlik binası önünə qara çələng qoyulmuş və şamlar yandırılmışdır. Daha sonra Ermənistan səfirliyindən Azərbaycanın Niderlandakı Səfirliyi binasına qədər yürüş təkil olunub və yürüş iştriakçılarından bir qismini ölkəmizin Niderlanddakı səfiri cənab Mir-Həmzə Əfəndiyev qəbul etmiş və onlarla müəyyən müzakirəlrə apaararaq fikir mübadiləsi etmişdir.
Fevralın 28-də isə Hollandiya Türkləri Konseyinin təşkilatçılğı ilə Ermənistan İşğalı və Qarabağ Soyqırımı” mövzusunda konfrans və sərgi təşkil olunmuşdur. Konfransda mövzuya dair çıxışlar dinlənilmiş və Ermənistan dövlətinin yürütdüyü işğalçı siyasət pislənilmişdir. Konfransda Azərbaycandan gəlmiş nümayəndə heyəti də çıxış edərək mövzuyla bağlı fikirlərini səsləndirmişlər.
Tədbir çərçivəsində Xocalıdakı soyqırımı əks etdirən müxtəlif əsərlərin nümayiş olunduğu sərgi də təşkil edilmişdir.

BAMF-ın Informasiya Departamenti