Eyni zamanda, bu yolda çatızmazlıqlar olmuşdur və dünya təşkilatının yaradıcıları tərəfindən nəzərdə tutulan sülh və təhlükəsizliyə hələ də nail oluna bilməmişdir. Birləşmiş Millətlər Təşkilatı daha yaxşı sabaha təməl qoymaqla günün nəbzini tutmaq üçün dünyada dayanmadan işləyir. Sülh, dayanıqlı inkişaf və insan hüquqları bizim səylərimizin əsas və gücləndirici amalıdır.

Yetmiş illik yubiley insan ailəsi üçün böyük keçidin ən yaxşı vaxtına təsadüf edir. 51 Üzv Ölkə tərəfindən qurulan təşkilat hazırda 193 ölkənin evinə çevrilmişdir. 1945-ci ildə 2.3 milyardlıq qlobal əhali sayı hazırda 7 milyardlıq vahid insan ailəsinə çevrilmişdir. Ən əsası isə bizimki deyildiyi dünya milli və beynəlxalq adlı fərqləndirici sözlərin yox olduğu dünyaya çevrilmişdir. Bu cür qarşılılıqlı əlaqəli dünyada birinin üzləşdiyi çətinliklər hər kəsin üzləşdiyi çətinliyə çevrilmişdir.

Hər gün, Birləşmiş Millətlər Təşkilatı milyonlarla insana müsbət dəyişiklik gətirir: uşaqlara peyvəndlərin vurulması; yardım ərzaqlarının paylanılması; qaçqınlara sığınacaqların yaradılması; sülhməramlıların səfərbər edilməsi; ətraf mühitin mühafizə edilməsi; münaqişələrin sülh yolu ilə həlli yollarının tapılması və demokratik seçkilərin keçirilməsinə dəstəyin verilməsi, gender bərabərliyi, insan hüquqları və hüququn aliliyi.

Bu yubileyin mövzusu – “Güclü BMT ilə Daya Yaxşı Dünya” – çoxqütblülüyün əhəmiyyətini özündə ehtiva edir. Bü dövr sınağa çəkmək dövrü olmaqla yanaşı böyük imkanların olduğu bir dövrdür. Birləşmiş Millətlər Təşkilatı BMT Nizamnaməsinin ideya və məqsələrinin həyata keçirilməsi və hər kəsin həyatına sülh, əmin-amanlıq və şərəf gətirmək üçün dünyanın hər yerindən insanlarla işləməyə hazırdır. Yubileyin keçirilməsi kampaniyasına qoşulmağınız və göstərdiyiniz dəstək üçün minnətdaram.