Xatırladaq ki, Məhəmməd Yunus Nobel Sülh mükafatına milyonlarla insanı regiondakı münaqişələrin əsas səbəblərindən biri olan yoxsulluqdan xilas etdiyi üçün görülüb. Bir vaxtlar yoxsul və maliyyə təhlükəsizliyi olmayan adamlara kreditin təklif olunması ağlasığmaz ideya kimi görünürdü. Lakin Məhəmməd Yunus bunu reallığa çevirdi. 30 il qabaq o, mikrokredit layihəsi üzərində işləməyə başladı . Onun bank fəlsəfəsi belə səslənirdi - nə qədər pulun azdırsa, o qədər də prioritetin yüksəkdir. Onun bir qayda olaraq 100 dollarlıq kreditləri əsasən, qadın iş adamlarına verilir ki, onlar bankdan ssuda götürə bilsinlər. Nobel Komitəsi də hesab elədi ki , Yunusun və onun bankının strategiyası yalnız Banqladeşdə deyil, dünyanın hər yerində milyonlarla adama yoxsulluqdan çıxmağa yardım edib.

BAMF-ın Informasiya Departamenti