Mərasimdə çıxış edən BAMF-ın sədri Umud Mirzəyev deyib ki, Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) Dağlıq Qarabağ münaqişəsinin ağrılı-acılı dövrlərində fəaliyyətə başlayıb, dünyada sülhün təbliğinə çalışıb: “Fəaliyyətimizdən 23 il keçir. Bu müddət ərzində BAMF dövlət qurumları, müxtəlif beynəlxalq təşkilatlar, səfirliklər və beynəlxalq QHT-lərlə əlaqə qurub. Fondumuz BMT-nin İqtisadi-Sosial Şurasının əsas məşvərətçi statuslu üzvüdür. Bu gün BAMF vətəndaş cəmiyyəti və medianın inkişafı prosesində yaxından iştirak edir, müharibənin əziyyət çəkmiş regionlarda sosial və iqtisadi proqramlar həyata keçirir. Azərbaycanda vətəndaş cəmiyyətinə diqqət və qayğı olmasaydı, sözsüz ki, Beynəlxalq Avrasiya Mətbuat Fondu bu uğurlara imza ata bilməzdi”.

Mərasimdə çıxış edən Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov isə bəyan edib ki, Azərbaycanda vətəndaş cəmiyyəti institutunun belə ofisə malik olması çox böyük mətləblərdən xəbər verir . Cənab Həsənovun sözlərinə görə , BAMF Azərbaycanda QHT-lərin klassik nümunəsidir və 20 ildir, Azərbaycanda səmərəli fəaliyyət göstərir: "Mən bu sahədə Umud Mirzəyevin fəaliyyətini yüksək dəyərləndirirəm. Bu gün Azərbaycanda Beynəlxalq Avrasiya Mətbuat Fondu kimi 3 500 QHT fəaliyyət göstərir və Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğuna töhfə verir.”

Cənab Həsənov vurğulayıb ki, “Təməli Heydər Əliyev tərəfindən qoyulan vətəndaş cəmiyyəti quruculuğu siyasəti bu gün prezident İlham Əliyev tərəfindən davam etdirilir. Beynəlxalq Avrasiya Mətbuat Fondunun fəaliyyəti, ofisi Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının boğulması barədə bəzi beynəlxalq təşkilatlarının ittihamlarına əsl cavabdır. “Azərbaycan hakimiyyəti vətəndaş cəmiyyəti institutlarını özünün tərəfdaşı hesab edir. Bu siyasətin nəticəsidir ki, Beynəlxalq Avrasiya Mətbuat Fondu belə uğurlar qazanıb. Beynəlxalq Avrasiya Mətbuat Fondu tək deyil, belə uğur qazanan bir neçə təşkilatımız var. QHT-lərimiz, media orqanlarımız müxtəlif beynəlxalq təşkilatlarda səmərəli fəaliyyət göstərir".-sitatın sonu

Mərasimdə iştirak edən BMT-nin Azərbaycandakı rezident koordinatoru cənab Antonius Broek isə bu il Azərbaycan höküməti və digər tərəfdaşları ilə birlikdə Birləşmiş Millətlər Təşkilatının 70-ci ildönümünü qeyd edəcəklərini bildirib. BMT-nin Sosial və İqtisadi Şurasının ən yüksək statuslu üzvü BAMF-ın ofisinin açılışı isə BMT dəyərlərinin təbliği baxımından əlverişli bir fürsətdir . Azərbaycanda davamlı inkişafın təşviq və daha çox sosial inteqrasiya, sülh quruluculuğu yolunda tərəfdaşlıq bu binanın çətiri altında yeni ideyalarla zənginləşəcək və Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçilərinin BMT və onun agentlikləri arasında əməkdaşlığa yeni üfüqlər açacaq. Sonda çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev yeni binasıının açılışını qeyd edən BAMF-a gələcəkdə yeni uğurlar arzu edib.

Tədbirdə Azərbaycan prezidenti İlham Əliyev Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında roluna görə BMT-nin İqtisadi-Sosial Şurasının əsas məşvərətçi statuslu üzvü olan Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) ali mükafatı ilə təltif edilib. Mükafat BAMF-in baş ofisinin açılışı ilə bağlı keçirilən mərasimdə qurumun prezidenti Umud Mirzəyev tərəfindən Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənova təqdim olunub. Cənab Mirzəyev Heydər Əliyev və prezident İlham Əliyevin Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında müstəsna rolları olduğunu vurğulayıb. Cənab Əli Həsənova , o cümlədən Yaponiya , Amerika Birləşmiş Ştatları və Avropa Birliyini Azərbaycandakı nümayəndəliyinə BAMF-in “Fəxri diplomu” təqdim edilib.

BAMF-ın İnformasiya departamenti