Səfər çərçivəsində Azərbaycandan olan nümayəndə heyəti Şərq Tərəfdaşlığı vətəndaş cəmiyyəti ölkələrinin nümayəndələri ilə həm ayrı-ayrılıqda, həm də konfrans daxilində bir sıra səfər əhəmiyyətli görüşlər həyata keçirmişlər. Əsasən də Ukrayna, Belarusiya, Moldova və Gürcüstandan olan Şərq Tərəfdaşlığı vətəndaş cəmiyyəti nümayəndələri arasında baş tutmuş görüşlərdə Azərbaycanda həyata keçirilən sosial proqramlar, sosialyönümlü fəaliyyətlər, vətəndaş cəmiyyətinin durumu və həyata keçirilən fəaliyyətlər, Azərbaycanda keçirilən Birinci Avropa Oyunlarının əhəmiyyəti barəsində müzakirələr aparılmış və bu istiqamətdə verilmiş suallar cavablandırılmışdır.
Növbəti səfər əhəmiyyətli görüş Umud Mirzəyev, Sahib Məmmədov və Azərbaycan, Dağlıq Qarabağ həqiqətlərini dünyaya çatdırılması istiqamətində illərlə çalışmış, əslən Litvalı olan BAMF-ın Litva təmsilçısı, fotojurnalist Riçard Lapaytisin iştirakı ilə Azərbaycan Respublikasının Litvadakı səfirliyində baş tutmuşdur. Cənab səfir Həsən Məmmədzadə ilə baş tutan görüşdə səfir diplomatik missiyanın həyata keçirdiyi və gördüyü işlər, Azərbaycanın vətəndaş cəmiyyəti qurumlarının media qurumları ilə əməkdaşlığından söz açmışdır. Cənab səfir görüş əsnasında Riçard Lapaytis və onun kimi jurnalistlərlə əməkdaşlıqlara önəm verdiklərini də vurğulamışdır.

BAMF-ın İnformasiya Departamenti