Grameen Yaradıcılıq Mərkəzi və Beynəlxalq Yunus Mərkəzi post Sovet ölkələrindən ilk təbrik mesajı kimi bu video təbriki yüksək dəyərləndirdiklərini bildiriblər. Albaniya, Meksika, Malayziya, Almaniya, Fransa, Çin, Yaponiya, İtaliya, İspaniya, Latviya, Kanada, Argentina, Kolumbiyadan və digər ölkələrindən olan vətəndaş cəmiyyəti təşkilatlarının video təbriklərinə qoşulan BAMF-ın sədri Umud Mirzəyev, Məhəmməd Yunusun yubiley gününün Azərbaycan üçün daha bir özəlliyini qeyd edib. O, 28 iyun 2015 tarixi gününün Bakıda ilk Avropa Oyunlarının möhtəşəm bağlanış günü kimi qeyd olunduğunu da vurğulayıb. Sonra Grameen Yaradıcılıq Mərkəzinin təsisçisi Hans Reitz Bakıda keçirilən möhtəşəm Avropa Oyunlarının onda ən xoş təəssüratlar yaratdığını da ifadə edib. Umud Mirzəyev də ölkəmizdə keçirilən ilk Avropa Oyunlarının əslində Azərbaycan xalqı ilə yanaşı, bütün Avropanın qələbəsi olduğunu bildirib. Daha sonra GYM-nin təsisçisi Hans Reitz Azərbaycanda gedən sürətli və dayanıqlı inkişafın böyük təcrübə olduğunu vurğulayıb. “Azərbaycan Böyük İpək Yolu üzərində ən vacib ölkədir. Biz istərdik ki, ölkəniz Qərblə Şərqi ən uğurlu şəkildə birləşdirə və dəyərləri paylaşa bilsin” deyən Reitz Azərbaycan nümayəndə heyətini böyük məmuniyyətlə bu ilin noyabr ayında Berlində keçiriləcək “2015- Global Sosial Sammiti”nə dəvət etdiyi qeyd edib. Bakının vacib mərkəzlərdən birinə çevrildiyini bildirən H.Reitz növbəti tədbirlərin bu şəhərdə keçirilməsi perspektivlərini yüksək dəyərləndirdiyini bildirib. Əminəm ki, Azərbaycan Sosial Biznesin İnkişafında bütün mərkəzi Asiya və Post Sovet ölkələri üçün mərkəz rolunu oynayacaqdır. Azərbaycanın uğurlarından danışan Umud Mirzəyev ölkədə dövlətin və vətəndaş cəmiyyəti təşkilatlarının, akademik mərkəzlərin sosial inteqrativ və sosial inkişaf ideyalarına dəstək verdiyini ifadə edib. Bu istiqamətdə Azərbaycanın geniş təcrübəsinin olduğunu bildirən Umud Mirzəyev prof. Məhəmməd Yunusun Sosial Biznes ideyalarının yoxsulluğun aradan qaldırılması, dayanıqlı inkişafın təmin olunması üçün əhəmiyyətli konsepsiya olduğunu da qeyd edib.

BAMF-ın İnformasiya Departamenti