Avqustun 30-na qədər Bakıda səfərdə olacaq doktor Fatima Ahmadın səfərinin məqsədi “Azərbaycan və Körfəz ölkələri arasında əlaqələr, həmçinin Azərbaycanın regional əlaqələri və xüsusilə də, İran-P5+1-lə ( İran- BMT-nin daimi 5 üzvü və Almaniya) nüvə razılaşmasından sonra, Azərbaycanın Qafqazda və Xəzər dənizi regionunda gələcək rolu” mövzusunda tətqiqat işinin aparılması ilə bağlıdır.

Görüş zamanı ilk olaraq BAMF-ın sədri Umud Mirzəyev xanım Fatima Ahmadı təşkilat haqqında məlumatlandırıb, ofis və əməkdaşlarla tanış edib.

Daha sonra isə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov , BAMF-ın sədri Umud Mirzayev, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin iştirakı ilə baş tutan görüşdə bir sıra mövzular müzakirə edilib, tərəflər arasında fikir mübadiləsi aparılıb və ən əsası isə doktor Fatima Ahmadın tədqiqat mövzusuna dair bir sıra mütəxəssilərlə görüşlərinin həyata keçiriləcəyi planlaşdırılıb.

BAMF-ın İnformasiya Departamenti