2011-ci ildən bu mötəbər qurumun ali qurumunda-idarə heyətində təmsil olunur və BMİ-nin fəaliyyətində söz sahibi olan təşkilatlardandır.” BMİ-nin Gürcüstan, Qazaxıstan, Qırğızıstan milli komitələrinin yaradılmasında yaxından iştirak edən BAMF, BMİ-nin Bakı Regional Təşəbbüs Mərkəzinin koordinatoru olaraq bu nəhəng media şəbəkəsinin fəaliyyətinin daha geniş spektrdə qurulması istiqamətində işlər görür. Yaxın zamanlarda BMİ-nin Yaxın, Şərq və Şərqi Asiyada milli komitələrinin yaradılacağını qeyd edən Umud Mirzəyev CNN, BBC, Əl Cəzirə və.s iri media şəbəkələrinin təmsil olunduğu BMİ-nin bu gün dünyanın 156 media qurumu ilə əməkdaşlıq etdiyini vurğulayıb. “Sevindirici haldır ki, BAMF olaraq bu ali qurumun idarə heyətində Azərbaycanı təmsil edirik” deyən U.Mirzəyev BMİ-nin fəaliyyətinin dünyada media və ifadə azadlığına töhvə olduğunu bildirib.

Qeyd edək ki, BMİ, İkinci Dünya Müharibəsindən sonra, 1950 –ci ildə yaradılıb. 15 ölkədən olan 34 redaktorun iştirakı ilə yaradılan və baş ofisi Vyanada yerləşən BMİ mətbuat azadlığının qorunması və təşviqi, həmçinin jurnalist təcrübələrinin təkmilləşdirilməsi, təcrübə mübadiləsi, təlim və treyninqlərin keçirilməsi, dünyada medianın vəziyyəti ilə bağlı ciddi hesabatların hazırlanması istiqamətində fəaliyyət göstərir.

BAMF-ın informasiya departamenti