Oyuna klubun mütəxəssisləri, Nə? Harada? Nə zaman? Rusiya televiziya oyununun oyunçuları, oyunun qalibləri və “Büllur bayquş” mükafatının sahibləri Rövşən Əskərov və Dmitri Avdeyenko aparıcılıq etdilər .
Yarışda respublikanın milli-mədəni birliklərindən ibarət 17 komandanın tərkibində ümumilikdə 100 dən çox mütəxəssis iştirak edib. Onları oyunu seyr edən 300-dən çox tamaşaçı dəstəkləmişdir. “Beyin fırtınası” üç saata yaxın davam edib və bu zaman ərzində komandalar müxtəlif sahələrlə bağlı yüksək bilik səviyyəsi göstərərək qələbə uğrunda layiqli mübarizə aparıblar.
Oyunda təkcə rəqabət deyil, həmçinin bayram əhval ruhiyyəsi hökm sürürdü. Tədbir milli vətənpərvərlik və qürur hisslərinin formalaşması , hər bir xalqın, xalqlar arası dostluq münasibətlərinin möhkəmlənməsinə tövhə verməsi məqsədilə təşkil edilib.
Final oyunlarından sonra ən yaxşı bilik komandalarının adları məlum oldu. Birinci yeri Udmurtiya Respublikası Yəhudi İctimai Mədəniyyət Mərkəzinin komandası “Kip- İj”, ikinci yeri Udmurtiya Respublikası Milli Siyasət Nazirliyinin komandası “Minnats UR”, üçüncü yeri isə Udmurtiya Respublikası Kryaşen (tatar) Milli Mədəni Mərkəzinin Komandası “Vse po QOSTu” tutub.
Qaliblərə mükafatları “Azərbaycan Udmurtiya Dostluq İctimai Mərkəzi” Regional İctimai Təşkilatının rəhbəri Zülfüqar Mirzəyev, Udmurtiya Milli Siyasət Naziri xanım Larisa Nikolayevna Buranova, “Nə? Harada? Nə zaman?” intellektual televiziya oyunu klubunun mütəxəssisləri, Nə? Harada? Nə zaman? oyununun 2004-cü il üzrə mütləq dünya çempionları, “Büllur bayquş” mükafatının sahibləri Rövşən Əskərov və Dmitri Avdeyenko təqdim etdilər.
Çıxışının sonunda Udmurtiya Respublikasının Milli Siyasət naziri xanım Larisa Buranova, Rövşən Əskərova, Dmitri Avdeyenkoya, Ayan Həsənovaya və “AzərTac” İnormasiya Agentliyinin rəhbərliyinə Udmurtiyada “Nə? Harada? Nə zaman?” açıq turnirinin keçirilməsində fəal iştirak etdiklərinə təşəkkür etdi. O, həmçinin qeyd etdi ki, hal-hazırki tədbir çox yüksək səviyyədə keçirilib və “Udmurtiya Azərbaycan Dostluq İctimai Mərkəzinin” rəhbəri Zülfüqar Mirzəyevə gələcək işlərində uğurlar arzu etdi.
Turnir təşkilatçıları yarış iştirakçılarını Pərviz Mahmudovun möhtəşəm ifasında “Mənim Azərbaycanım” , Faiq və Rauf Mirzəyev qardaşlarının ifasında “All or me” mahnısı ilə sevindirdilər.

BAMF-ın informasiya departamenti