R

BAMF sədri bildirib ki, təşkilat ənənəsinə sadiq qalaraq son illər BMT-nin iclaslarında aktiv iştirak edir . Son olaraq BMT-nin İqtisadi və Sosial Şurasının Dövlət İdarəçiliyi Komitəsinin Ekspertlərinin 14-cü sessiyasında BAMF-ın iştirakını əlamətdar saymaq olar. BAMF BMT qurumları, xüsusilə UNDPI, UNICEF, UNESCO,UNHCR-la sıx əməkdaşlıq edir. Bakıdakı yeni ofisində BAMF, BMT-nin çağırışlarına uyğun müxtəlif mövzulu tədbirlər keçirir. BAMF sədri ali qonağın diqqətinə çatdırdı ki, bu gün BAMF vətəndaş cəmiyyəti və medianın inkişafı prosesində yaxından iştirak edir, müharibənin əziyyət çəkmiş regionlarda sosial və iqtisadi proqramlar həyata keçirir. BAMF –ın fəaliyyəti eyni zamanda Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafının səviyyəsini göstərən uğurlu nəticələrdən biridir.

BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir isə bildirdi ki, Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçilərinin BMT və onun agentlikləri arasında əməkdaşlığına çox müsbət yanaşır və bu istiqamətdə zəruri dəstəyi göstərməyə hazırdır.

BAMF-ın mətbuat xidməti