R

CBC kanalının "В тему" verilişinin qonağı olan Adel Dərviş Bakıda keçirilən forumun əhəmiyyəti və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı obyektiv informasiyaların dünya ictimaiyyətinə çatdırılmasının vacibliyi barədə fikirlərini açıqlayıb.

Qeyd edək ki , Adel Dərviş Böyük Britaniya parlamentində qeydiyyatda olan xarici əlaqələr , xüsusilə Yaxın Şərq üzrə ixtisaslaşmış, siyasi mövzular üzrə şəhrlər verən tanınmış jurnalistdir . O , peşakar karyerası müddətində Britaniyanın tanınmış “The Daily Mail”, “The Daily Telegraph”, “The Independent” və “The Times” nəşrlərində çalışıb , Yaxın Şərq üzrə xüsusi müxbir , siyasi icmalçı və redaktor vəzifələrini icra edib. Misir , Livan , Liviya , Suda və İraq haqqında siyasi icmallar hazırlayan Adel Dərviş həm də bir çox məşhur dövlət başçısı , hökümət rəhbəri ilə müsahibələrə də imza atıb. Səddam Hüseyn , Müəmmar Qəddafi , Hafiz Əl Əsəd , o cümlədən İran və Səudiyyə hökümətlərinin yüksək çinli rəsmiləri ilə görüşüb , özəl müsahibələr alıb. Cənab Dərviş bu müsahibələrin əsasında hazırlanan 6 kitabın müəllifidir . Ona məşhurluq gətirən isə İran –İraq müharibəsi, İraqın Küveytə hücum etməsi və ABŞ-ın “Səhrada fırtına” əməliyyatı haqqında geniş bəhs olunan “The Edge of War” (“Müharibənin astanasında”) kitabıdır. Bu kitabın müqəddiməsini məhz həmin dövrdə ABŞ prezidenti olan ata Corc Buş yazıb. Adel Dərviş 2008-ci ildə jurnalistika fəaliyyəti ilə dünyada sülh və qarşılıqlı anlaşmaya verdiyi tövhələrinə görə beynəlxalq mükafata da layiq görülüb .

BAMF-ın mətbuat xidməti