R

M.Forst BMT-nin İnsan Haqları Şurasının tərəfindən dünyada insan haqları müdafiəçilərinin himayə və müdafiəsini nəzərdən keçirmək üçün səlahiyyətləndirilmiş müstəqil ekspertdir.
Görüşdə Azərbaycan Demokratiyanın İnkişafı və İnsan Haqları Müdafiəsi Fondunun sədri Murad Sadəddinov BMT-nin insan hüquqları müdafiəçilərinin vəziyyəti üzrə xüsusi məruzəçisinin diqqətini Azərbaycanda son illər insan hüquq və azadlıqları və penitensiar xidmət sahəsində görülən işlər, aparılan islahatlar barədə məlumat verib. Görülən işlərin məmnunedici səviyyədə olduğunu bildirən M.Sadəddinov hələ də bəzi çətinliklərin qaldığını etiraf edib. Bununla belə o əlavə edib ki, bəzi beynəlxalq qurumların əsassız təzyiq siyasəti heç vaxt mövcud çətinliklərin həllinə gətirib çıxarmayacaq: “İnanın ki, hökumət və yerli hüquq müdafiəçiləri arasında dialoqların səmərəliliyi, kənardan hökumətə təzyiq cəhdlərindən daha çox nəticə verir. Hazırda azadlıqda olan amnistiyaya düşənlər azadlığı xarici təzyiq vasitəsilə deyil, məhz yerli hüquq müdafiəçilərinin hökumətlə səmərəli, məqsədyönlü dialoqu sayəsində qazanıblar”.
Qonağın bu səfərinin uğurlu dialoq üçün mühüm əhəmiyyət kəsb etdiyini və bunun da son nəticədə Azərbaycanın vətəndaş cəmiyyəti sahəsi üçün zəruri olduğunu qeyd edən BAMF sədri Umud Mirzəyev ümid etdiyini bildirib ki, bu səfərlə konstruktiv dialoqun əsası qoyulacaq. Bununla yanaşı BMT-nin xüsusi məruzəçisinin diqqətini 1-ci Qarabağ münaqişəsi zamanı 100 minlərlə Azərbaycanlının hüququnun pozulması faktına yönəldən U.Mirzəyev bildirib ki, Azərbaycan insanı müharibədən əziyyət çəkir.
“Bizim torpaqlar işğal olunub. Bu torpaqlardan qaçqın və məcburi köçkün düşən insanlarımızın hüququndan heç kəs danışmır. Azərbaycan torpaqlarını işğal edən ermənilər dirilərin də haqqını pozur, ölülərin də . İşğal olunmuş torpaqlarımızda azərbaycanlıların çoxlu sayda dağıdılmış məzarı var. Minlərlə vətəndaşımız hələ də Ermənistan təcridxanalarında əsir həyatı yaşayır. Azərbaycanın ciddi səylərinə rəğmən onların aqibəti ilə dünyanın heç bir insan hüquq müdafiəçisi , beynəlxalq təşkilatı maraqlanmır. Əgər bu məqamlar sizin də hesabatınızda yer almayacaqsa , onda bu hesabatı da Azərbaycanda heç kəs ciddiyə almayacaq”