R

1993-cü ildə təsis edilən bu institutun əsas məqsədi Avropa ölkələri, xüsusilə də Mərkəzi və Şərqi Avropa ölkələri arasında qarşılıqlı əlaqələri inkişaf etdirməkdir. BAMF sədri Umud Mirzəyevlə görüş zamanı xarici qonaq bildirib ki , institut tərəfindən həyata keçirilən fəaliyyət həm də Avropa ilə Cənubi Qafqaz ölkələri arasında siyasi, iqtisadi, mədəni və elmi əlaqələrin genişlənməsinə kömək etməkdir.

O, təmsil etdiyi institutun ən vacib təşəbbüslərindən biri olaraq son 10 il ərzində Polşanın Krinisa şəhərində təşkil edilən İqtisadi Forumu göstərib. İqtisadi Forum Şərqşünaslıq İnstitutunun ən mühüm tədbirlərindən biridir. Bu forum Qoca Qitənin siyasi və biznes elitasının iştirak etidiyi, Avropada ən mühüm iqtisadi hadisələrdən biri olub. İqtisadi Forumun müzakirə etdiyi mövzular proqramı Avropanın biznes elitasında yüksək səviyyədə dəstəklənir. İndiyədək bu iqtisadi forumda bir çox prezident, baş nazir, Avropa Birliyinin rəsmi şəxsləri və digər tanınmış ictimai, biznes xadimləri iştirak etmişdir. Görüş zamanı BAMF sədri xarici qonaqla birgə əməkdaşlığın perspektivlərini müzakirə edib. Səfərin sonunda cənab Mikolaj Tauber Eurasia Diary analitik informasiya portalına geniş müsahibə verib.