R

Sazişi Avrasiya Media Şəbəkəsinin təsisçisi, BAMF-ın sədri Umud Mirzəyev, xarici media orqanlarından isə “Reporter Community LTD” media şirkətinin baş direktoru Norbert Hajdu və Pakistanın “Asianet-Pakistan” internet portalının təsisçisi və sədri Oveys Aslam Əli imzalayıb. İmzalanma mərasimindən əvvəl xarici media təmsilçiləri Avrasiya Media Şəbəkəsinin ofisində olub, bu media qurumunun işi ilə yaxından tanış olublar.

Qısa məlumat üçün deyək ki, Pakistanın “Asianet-Pakistan” internet portalı 2001 –ci ildən fəaliyyət göstərir. Portalın əsas məqsədi dünya üzrə ictimai, siyasi,iqtisadi və sosial xarakterli ən vacib xəbərləri əhatə edərək, oxucularına obyektiv və dəqiq informasiya çatdırmaqdır. Portalının təsisçilərindən biri və sədri Oveys Aslam Əli (Owais Aslam Ali) isə Pakistanın tanınmış jurnalistlərindən biridir. O, eyni zamanda Pakistanda Jurnalistlərin hüquqlarının qorunmasını həyata keçirən təşkilata rəhbərlik edir və Beynəlxalq Mətbuat İnstitutunun idarə heyətinin üzvüdür.

“Reporter Community LTD” media şirkəti isə xüsusilə yeni texnologiyaların inkişafına diqqət yetirən media orqanıdır. Macarıstanın 2 tanınmış media mütəxəssisi Norbert Hajdu və Tibor Szoke tərəfindən 2015-ci ildə yaradılan bu media orqanı eyni zamanda ictimai-siyasi xarakterli mövzularda materiallarla daimi oxucularının qarşısına çıxır.