R

Görüşdə tədqiqatlar mərkəzi ilə birgə əməkdaşlıq və ortaq layihələr müzakirə olunub. Görüş zamanı cənab Mirzəyev fondun son olaraq tədqiqatlar mərkəzi , o cümlədən Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birlikdə keçirdiyi "Dinlərarası Tolerantlıq və Mətbuatın Rolu" adlı beynəlxalq konfransın nəticələrinə toxunub. Konfransı uğurlu adlandıran cənab Mirzəyev BAMF-ın oxşar layihələrə daim dəstək göstərməyə hazır olduğunu bildirib. Bununla yanaşı ADA Universitetinin AB tədqiqatlar mərkəzinin üzvü olan tələbələrin BAMF –da təcrübə keçmələri ilə bağlı da tərəflər arasında ilkin razılıq əldə olunub. fakeapwatch.net