R

BAMF-ın ofisində keçirilən görüşdə tərəflər əməkdaşlıq perspektivləri, birgə layihələrin həyata keçirilməsi imkanları və başqa məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

U. Mirzəyev və S. Akyol eyni zamanda “Kanal Avropa” və BAMF-ın təsisçisi olduğu, beş dildə fəaliyyət göstərən “Eurasia Diary” portalı arasında əməkdaşlıq, informasiya və jurnalist mübadiləsi haqqında da danışıblar. Razılaşdırılıb ki, Azərbaycan və Türkiyənin ümumi maraqlarına xidmət edən informasiyanın beynəlxalq ictimaiyyətə catdırılması işində effektivliyi təmin etnək üçün “Kanal Avropa” və “Eurasia Diary” portalı daha sıx əməkdaşlıq etsinlər.

Daha sonra, qonaq “Eurasia Diary” portalının redaksiyası ilə yaxından tanış olub.