R

Fevralın 17- də Bakıda “Turizm Yunanıstan və Azərbaycan arasında körpü rolunu oynayır” adlı təqdimat mərasimi keçirilib. Tədbir Yunanıstanın Azərbaycandakı səfirliyinin dəstəyilə yunan turizm şirkəti Panhellas, İtaliyanın Bakıdakı Mədəniyyət Mərkəzi və Beynəlxalq Avrasiya Mətbuat Fondu ilə əməkdaşlıq çərçivəsində təşkil olunub. Tədbirdə ümumilikdə 20-yə yaxın turizm şirkətinin nümayəndəsi iştirak edib.  Tədbiri giriş sözü ilə açan Yunanıstanın Azərbaycandakı səfiri Dimitris Tsoungas bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd Yunanıstanın turizm potensialını nümayiş etdirmək, həmçinin, diplomatiya və iqtisadiyyat sahələrində yaxşı münasibətləri olan iki ölkənin bu sahədə mövcud imkanlarının təşviq edilməsidir. Cənab səfir Yınanıstanın turizm imkanları barəsində də geniş məlumat verib. Daha sonra əslən yunan olan Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbərinin müavini Yunanıstanda keçən maraqlı uşaqlıq xatirələrini tədbir iştirakçıları ilə bölüşüb, Yunanıstanın xüsusilə adalarında mövcud olan turizm imkanları haqqında geniş məlumat verib.   Azərbaycan İtaliya Assosiasiyasının icraçı direktoru,İtaliyanın Bakıdakı Mədəniyyət Mərkəzinin rəhbəri Paola Casagrande isə Yunanıstana maraqlı turizm  səfər təklifləri haqqında məlumat verib. O həmçinin bildirib ki, bu il  tur operatorlar və turizm agentlikləri habelə turizm sənayesinəcəlb olunmuş təşkilatlar, media və nəşriyyat evləri, turizm universitet və institutlarının iştirakı ilə Yunanıstana infotur təşkil olunacaq. Beynəlxalq Mətbuat Fondunun sədri Umud Mirzəyev də tədbirin əhəmiyyəti haqqında fikrini bildirib və hər iki ölkənin əlaqələrinin inkişafına ciddi təkan verəcəyini bəyan edib.

Qeyd edək ki, tədbirin media tərəfdaşı Beynəlxalq Avrasiya Mətbuat Fondu və Avrasiya Media Şəbəkəsinin təsisçisi olduğu Eurasia Diary analitik informasiya portalıdır.“Eurasia Diary” xəbər verir ki, fevralın 17- də Bakıda “Turizm Yunanıstan və Azərbaycan arasında körpü rolunu oynayır” adlı təqdimat mərasimi keçirilib.