R
Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Günay Əfəndiyeva Beynəlxalq Avrasiya Mətbuat Fondunun ofisini ziyarət edib.
 
BAMF-ın  prezidenti Umud Mirzəyevlə görüşən Günay Əfəndiyeva ilk olaraq Türk Mədəniyyəti və İrsi Fondunun qurulması  zərurəti haqqında danışıb. O bildirib ki, türkdilli ölkələr arasında son onilliklərdə yaranan və inkişaf edən strateji münasibətlər qardaş ölkələr arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün münbit zəmin yaradır. Belə ki, TDƏŞ, TÜRKSOY, TÜRKPA, Beynəlxalq Türk Akademiyası, Türkdilli Dövlətlərin Ağsaqqallar Şurası kimi beynəlxalq təşkilat və birliklər yaradılıb. Eyni zamanda, yeni yaradılan Türk Mədəniyyəti və İrsi Fondu, eləcə də Qırğızıstanda yaradılması nəzərdə tutulan Köçəri Sivilizasiya Mərkəzi də digər türkdilli təşkilatlarla birgə mənəvi türk birliyinin formalaşmasına xidmət edir. Fondun beynəlxalq aləmdə ikili standartların hökm sürdüyü bir zamanda əsas prioritetləri türk xalqlarının mədəniyyəti və irsinin təbliğ edilməsi istiqamətində birgə layihələrin həyata keçirilməsi, bu irsin öyrənilməsi, araşdırılması, türk dünyasında və bütün dünyada tanıdılmasıdır.
 
Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətinin əhəmiyyətini yüksək qiymətləndirən Umud Mirzəyev rəhbərlik etdiyi BAMF – ın ya­ran­ma ta­ri­xi, müx­tə­lif sa­hə­lə­ri əha­tə edən fəa­liy­yə­ti və hə­ya­ta ke­çir­di­yi çox­say­lı la­yi­hə­lər ba­rə­də Günay Əfəndiyevaya  mə­lu­mat ve­rib. O de­yib ki, BMT-nin İq­ti­sa­di-So­si­al Şu­ra­sı­nın (ECO­SOC) əsas məş­və­rət­çi sta­tus­lu üz­vü olan BAMF 1992-ci il­də Azər­bay­can­da qey­diy­yat­dan keç­miş müs­tə­qil bey­nəl­xalq qey­ri-hö­ku­mət təş­ki­la­tı­dır. BAMF səd­ri bil­di­rib ki, rəh­bər­lik et­di­yi təş­ki­lat BMT qu­rum­la­rı, Ame­ri­ka Döv­lət De­par­ta­men­ti, Av­ro­pa Ko­mis­si­ya­sı, Dün­ya Ban­kı, Bey­nəl­xalq Mət­bu­at İns­ti­tu­tu, Bey­nəl­xalq Jur­na­list­lər Fe­de­ra­si­ya­sı, bir sı­ra öl­kə­lə­rin Azər­bay­can­da­kı sə­fir­lik­lə­ri, na­zir­lik­lər, agent­lik­lər, ha­be­lə re­gi­on­da­kı yer­li və bey­nəl­xalq qey­ri-hö­ku­mət təş­ki­lat­la­rı ilə əmək­daş­lıq çər­çi­və­sin­də fəa­liy­yət gös­tə­rir.
 
Tərəflər qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparıblar. Qərara alınıb ki, yaxın vaxtlarda hər iki  fond arasında birgə əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanması üçün hazırlıq işləri görülsün.