R
Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) xarici media şəbəkələri ilə əməkdaşlığı genişləndirir. BAMF Türkiyə Elmi və Ədəbi Əsər Sahiblərinin Məslək Birliyi (İLESAM) ilə media sahəsində birgə əməkdaşlıq sazişi imzalayıb.
 
BAMF-ın mətbuat xidmətindən verilən məlumat görə, sazişi BAMF-ın prezidenti Umud Mirzəyev, qarşı tərəfdən isə Türkiyə Elmi və Ədəbi Əsər Sahiblərinin Məslək Birliyinin (İLESAM) sədri Mehmet Nuri Parmaksız imzalayıblar.
 
Qısa məlumat üçün deyək ki, İLESAM təşkilatı 1986-cı ildə Türkiyə Mədəniyyət Nazirliyinə bağlı olaraq yaradılıb. İLESAM bir məslək birliyidir. Türkiyədə elm və ədəbiyyat sahəsində yaradıcılıq məhsulu olan hər bir sənətkar bu təşkilatın üzvüdür. Türkiyənin 190 universitetinin təqribən üçdə birində bu təşkilat təmsil olunur.