R

Bu gün Tiflisdə “Daglıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli və vətəndaş cəmiyyətinin yeni missiyası” mövzusunda beynəlxalq konfrans keçirilib və bu konfransda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətinin üzvləri “Ermənistan və Azərbaycan arasında Sülh Platforması“ çərçivəsində gələcək fəaliyyət planları və xüsusən də onun ATƏT-in Minsk qrupununa yardımı haqda müzakirələr aparıldı. Bu barədə Turkustan.info Eurasia Diary saytına istinadən məlumat verir.

Bu konfransa 100- dən çox vətəndaş cəmiyyətinin üzvləri, beynəlxalq təşkilatlar, din xadimləri, siyasətçilər, alimlər və 14-dən çox ölkənin media nümayəndələri qatılıb.
 
Konfransın açılışını Qafqaz Geosiyasi və geotarixi araşdırmalar mərkəzinin sədri Quram Marxuliya (Gürcüstan) elan edib.
BDU-nin professoru Kəlim Səlimov erməni-azərbaycan münaqişəsinin artıq 30 ildir ki başladığını və onun həlli üçün heç bir tədbirin görülmədiyini bildirib.
“Döyüşlər 80-cı illərdə başlayıb və hazırda da təmas xəttində açıq silahlı toqquşmalar baş verir. 1994cü ildə münaqişənin həll edilməsi üçün ATƏT-in Minsk qrupu yaradıldı. O, artıq 27 ildir ki, fəaliyyət göstərir. Bu zaman ərzində o, nəyə nail olub? Döyüşlərin dayandırılması üçün cəhdlər edilib, lakin heç bir nəticə əldə olunmayıb. 2008-ci, 2014 -cü illərdə və bir müddət öncə 2016-cı ilin aprelində ciddi döyüşlər baş verib. Bu döyüşlərin cəbhə bölgəsində iri miqyaslı müharibəyə çevrilməsi narahatıq yaradır. Münaqişənin sülh yolu ilə həlli yolunda ən effektiv tədbirlərdən biri “Ermənistan və Azərbaycan Sülh Platforması”nın ATƏT-in Minsk qrupuna müşahidəçi qismində qatılmasıdır. ATƏT-in Minsk qrupunun üç daimi üzvləri – Fransa, ABŞ və Rusiya bu münaqişəni həll etməlidir. Ancaq onların öz aralarındakı münasibətləri, xüsusilə də ABŞ və Rusiya münasibətləri gərgindir, deyə professor bildirib. Sonda o deyib ki, vətəndaş cəmiyyəti olmadan sülhün heç bir nəticəsi stabil və uzunsürən olmayacaq.
 
Tarixçi və tədqiqatçı, vətəndaş cəmiyyətinin fəallarından olan (milliyətcə erməni) Artur Ağacanov bildirib ki, çoxları Sülh Vətəndaş Platformasına ciddi yanaşmır.
“Digər tərəfdən isə, ATƏT-in Minsk qrupunun fəaliyyəti artıq 30 ildir ki, nəticəsizdir”, deyə erməni  tarixçi bildirib.
 
Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev bildirib ki, o da Dağlıq Qarabağ münaqişəsində zərər çəkmiş şəxslərdəndir. O, beynəlxalq ictimaiyyəti bu münaqişənin həll etməyə çağırıb.
“Dünən “Ermənistan Azərbaycan Sülh Platforması” dövlət başçılarına, ATƏT-in Minsk qrupunun həmsədrlərinə, Papa Fransiskə, bütün ermənilərin katalikosu 2-ci Qaregin  yə və Qafqaz müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadəyə müraciət edib. Mən inanıram ki, onlar Sülh Platformasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına yönəldilmiş təşəbbüslərini dəstəkləyəcək. 30 illik münaqişəni sona çatdırmaq və davamlı sülhə nail olmağın vaxtı çatıb.
 
Konfransda həmçinin “Sülh prosesində vətəndaş cəmiyyəti qurumlarının və medianın rolu”, “Dağlıq Qarabağ münaqişəsi erməni və azərbaycanlı qadınların gözü ilə” və “Beynəlxalq təşkilatlar və dini liderlərin sülh prosesinə verdiyi töhfələr” mövzusunda müzakirələr keçirilib.