R

BMT-nin Cenevrə ofisində 06-11 noyabr tarixlərində Sülh həftəsi çərçivəsində maraqlı tərəflərin sülh müzakirələri keçirilir. Sülh müzakirələri dünyanın müxtəlif bölgələrində baş verən münaqişələrin aradan qaldırılmasında sülh təşəbbüslərinin dəstəklənməsinə həsr olunub. 

Gündəlikdə qoyulan əsas məsələlər “Sülhə gedən yolun gələcək perspektivləri”, “ Münaqişələrin aradan qaldırılmasında vətəndaş cəmiyyətinin rolu:  çətinliklər, imkanlar və reallıqlar” , “ Münaqişələrin aradan qaldırılmasında bacarıqların artırılması “, “Din- münaqişəyə aparan , yoxsa münaqişənin qarşısını alan vasitə kimi”, “ Münaqişələrin həllində gənclərin yerli bacarıqlarının artırılması” və.s müxtəlif vacib məsələlərə həsr olunub. Tədbir İsveçrə Sülh Platforması, İsveçrə Xarici İşlər Nazirliyi, Dünya Bankı,  BMT dayanıqlı İnkişaf Məqsədləri Fondu, UNHCR, UNDP, UNİCEF, UNESCO, BMT-nin digər agentlikləri, müxtəif transmilli korporasiyalar və qurumların, beynəlxalq təşkilatların diqqət mərkəzində olub.

BAMF prezidenti Umud Mirrzəyev, vitse prezident Ramil Əzizov, BAMF preidentinin köməkçisi Anastasiya Lavrina, BAMF-ın BMT-nin Cenevrə ofisindəki daimi  nümayəndəsi  Maykl Montafi, partnyor təşkilat İSEO –nun baş katibi Qustav Qrob və  təşkilatın katibi Abdulrza Metğalçı BMT-nin Cenevrə ofisində Sülh Həftəsi çərçivəsində keçirilən  müzakirələrə qatılıb . 07 noyabr tarixində Azərbaycanın BMT-dəki daimi missiyası, Dini qurumlarla iş üzrə Dövlət komitəsi və Avropa Azərbaycan Cəmiyyəti Fondunun təşəbbüsü ilə keçirilən “Münaqişələrin qarşısının alınmasında mədəniyyətlər arası  dialoqun Azərbaycan nümunəsi”  mövzusunda keçirilən tədbirdə çıxış edən BAMF –ın BMT-nin Cenevrə ofisindəki nümayəndəsi Maykl Montafi Azərbaycanın multukultural dəyərlərindən, dinc birgə yaşama kimi qədim ənənələrindən  danışıb.

O, Tbilisidə keçirilən Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının perspektivlərinə inandığını bildirib. “İllər boyu bir yerdə yaşayan azərbaycanlı və erməni əhalisi  arasında sülhün və barışın təşviq edilməsi üçün Sülh Platforması gözəl vasitədir” deyən Maykl Montafi beynəlxalq qurumları Platformaya dəstək verməyə çağırıb. Çıxış edən İSEO baş katibi “xalqların müxtəlif ərazilərdə yaşaması, heç bir halda ərazi bütövlüyünə təhdid olmamalıdır və separatist çağırışlar beynəlxalq hüquqa, bütün beynəlxalq norma və qaydalarına ziddir” deyib. O, münaqişələrin həllində vətəndaş cəmiyyətinin rolu, münaqişələrin həll edilməsi üçün ilk növbədə işğal altındakı ərazilərin azad olunmasının önəmindən danışıb. Sülh həftəsi çərçivəsində “ Sülhün təşviq edilməsində vətəndaş cəmiyyətinin rolu “ müzakirələrinə qatılan BAMF –ın prezidenti Qarabağ münaqişəsinin həllində beynəlxalq qurumların sərgilədiyi ikili standartlardan danışıb. “Qlobal münaqişələrin iki tərəf iştirkçısı vardır. Bir tərəfdə işğalçı, digər tərəfdə isə işğaldan əziyyət çəkən tərəf.

Dünya birliyi münaqişə iştirakçılarını olduğu kimi qəbul etməyi bacarmalıdır. Təəssüf ki, 20 ildən çoxdur ki, Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar aparılsa da, qeyri obyektiv yanaşma, dünyanın güc mərkəzlərinin koorporativ maraqları səbəbindən bu gün də münaqişənin həlli ilə bağlı ciddi nəticələr əldə edilməmişdir “ deyə Umud Mirzəyev bildirib. “Münaqişələrin həllində milli bacarıqların artırılması: Uyğun olan və olmayanlar” mövzusunda BMT İnkişaf Fondunun və bir sıra vətəndaş cəmiyyəti qurumları tərəfindən təşkil edilən toplantıda çıxış edən BAMF-ın vitse prezidenti münaqişələrin həllində qeyri obyektiv informasiyanın rolu mövzusunda çıxış edib.

O, BMT qurumlarını vətəndaş cəmiyyəti sülh platformalarına dəstək olmağa çağırıb. Sülh həftəsi çərçivəsində İsveçrə Sülh Platforması qurumunun rəhbəri professor Laurent Goetşel, Berghof Fondunun directoru Oliver Vils, Cenevrə Sülh quruculuğu Platformasının icraçı koordinatoru Açim Venman, Sülh quruculuğu şəbəkəsinin icra orqanının üzvü Cenni Aulin və digər vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşən Umud Mirzəyev Ermənistan Azərbaycan müünaqişəsinin həlli ilə bağlı perspektivlərə dair müzakirələr aparıb, Ermənistan Azərbaycan Vətəndaş Sülh Platformasının əhəmiyyətindən söz açıb. Müzakirələr zamanı vətəndaş cəmiyyəti qurumları platformanın fəaliyyətində maraqlı olduqlarını ifadə ediblər.  Cenevrə Sülh Həftəsi müxtəlif tərəflərin iştirakı ilə davam edir.