R
Ötən həftə, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) nümayəndələri BMT-nin Cenevrədəki ofisində keçirilmiş "Sülh həftəsi"nin müzakirələrində iştirak ediblər.

BAMF-ın prezidenti Umud Mirzəyev, təşkilatın vitse-prezidenti Ramil Əzizov, BAMF prezidentinin köməkçisi Anastasiya Lavrina, həmçinin BAMF-ın Cenevrədəki daimi nümayəndəsi Maykl Montafi Dağlıq Qarabağ münaqişəsi, eləcə də Ermənistan-Azərbaycan Sülh Platforması haqqında danışıblar.

BMT-nin Cenevrədəki qərargahında olduğu müddətdə BAMF prezidenti Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllində vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi və perspektivləri ilə bağlı müxtəlif görüşlər keçirib. BAMF nümayəndələri Platforma haqqında müxtəlif auditoriyalarda məlumat veriblər.

BMT-nin "Sülh həftəsi" çərçivəsində təşkil olunan tədbirlərdən biri də "Erməni Reliyef Cəmiyyəti"nin təşkil etdiyi "Suriyadakı dağıdıcı müharibənin qaçqınlara təsiri" mövzusunda konfransı idi.

Suriyadan olan qaçqın qadınların problemləri arxasında gizlənərək təşkilatçılar ənənəvi olaraq Osmanlı İmperiyası dövründə ermənilərin öldürülməsi, zorakılıq və "soyqırım" haqqında danışıblar. Moderatorlar  aqressiyaya qarşı çox həssas olduqlarını, bütün azlıqların hüquqları tanıdıqlarını, ədalətin bərqərar olunmasına tərəfdar olduqlarını deməklə, diqqəti yalan faktlara yönəltməyə çalışsalar da, auditoriyanın marağını qazana bilməyiblər.

Moderator suriyalı qaçqınların müzakirəsinə başladıqdan sonra, BAMF prezidentinin köməkçisi Anastasiya Lavrina Ermənistanın çirkin niyyətlərini, erməni əsilli qaçqınların Suriyadan daha həssas bir qarşıdurma nöqtəsində, Dağlıq Qarabağda, beynəlxalq hüququn normalarına zidd olaraq yerləşdirildiyini xatırladıb. O, Suriya müharibəsi nəticəsində evsiz qalmış suriyalı erməni qaçqınların Ermənistanda deyil, niyə məhz Dağlıq Qarabağda yerləşdirilməsi barədə spikerə sual verib. Sözdə “erməni sülh cəmiyəti”nin üzvləri “bizim bu faktlar barədə məlumatımız yoxdur. Bizim təşkilatımız Nyu-Yorkda yerləşir və Ermənistan hökumətinin yürütdüyü siyasətə qarışmır”-deyə suala cavab verməkdən yayınıblar. Onların əsaslanmamış fikirləri zalda istehza ilə qarşılanıb. 

Bu təşkilatın saytına daxil olsaq, "Erməni Reliyef Cəmiyyəti"nin Azərbaycanı aqressor və işğalçı adlandırdığı faktına rast gələrik.

Halbuki, Ermənistan Azərbaycanın ərazisinin 20 faizini işğal edib və nəticədə, 1.2 milyon məcburi köçkün yurd-yuvasından didərgin düşüb. 1988-ci ildən bəri Ermənistandan 270 000 azərbaycanlı köçürülüb. Bu təşkilatın nümayəndələri erməni diasporasını Dağlıq Qarabağ separatçılarına maddi yardım göstərməyə çağırır.

Bu təşkilat əsasən ekstremizm və separatizmi dəstəkləyir. Maraqlısı odur ki,  Cenevrə "Sülh həftəsi" zamanı onlara bu görüşü keçirməyə niyə icazə verilib? Bütün bunlar erməni lobbisi sayəsində baş verib. Ermənilər suriyalı qaçqınlara dəstək olduqlarını bəyan edib pul istəyir və özlərini "sülh tərəfdarları" adlandırırlar.

"Erməni Reliyef Cəmiyyəti"nin Avropada, Livanda, ABŞ-da, Ermənistanda, Suriyada və Kanadada təmsilçiləri var. Onların fəaliyyəti sülhün qurulmasına deyil, əksinə millətlərarası gərginliyin yaranmasına və ziddiyyətlərin alovlanmasına səbəb olur.

Qeyd edək ki, bu qurumun baş ofisinin koordinatorlarından biri də “Artsaxda uşaq bağçası” təşkilatının rəhbəridir. Ancaq, onlar Dağlıq Qarabağda ermənilərin yerləşdirilməsindən xəbərsiz olduqlarını bildirdilər. Bu necə ola bilər?

"Erməni Reliyef Cəmiyyəti"nin fəaliyyəti, ABŞ-ın Boston və Nyu-York şəhərlərində yerləşən ofislərindən, eləcə də Ermənistan Respublikası və Dağlıq Qarabağda xüsusi proqramlar üzrə məsul əməkdaşlar tərəfindən idarə olunur.

Qeyd etmək lazımdır ki, Lalə Dəmirçiyan Ataryan Erməni İnqilabi Federasiyanın keçmiş sədri Ara Dəmirçiyanın qızıdır. Bu partiya erməni diasporunun təsiri altında fəaliyyət göstərən milliyyətçi "Daşnaksyutun partiyası" kimi tanınır. Partiya ХХ  əsrdə Azərbaycanda yaşayan insanların kütləvi qətllərini həyata keçirib.

Təşkilat humanitar yardım adı altında Gürcüstanın Cavaxetya, Axalkalaki rayonlarında erməni uşaqları arasında millətçi fikirləri yaymaqla məşğuldur.

Beləliklə paradoksal bir vəziyyət yaranır:

Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) nümayəndələri, Azərbaycanda fəaliyyət göstərən bir təşkilat münaqişənin tezliklə həlli üçün Ermənistan-Azərbaycan Sülh Platformasını dəstəklədiyi halda, erməni təşkilatı öz maraqlarını təbliğ etməyə və erməni silahlı birləşmələri tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarında suriyalı erməni qaçqınlarıın yerləşdirilməsi kimi mühüm faktı ört-basdır etməyə çalışırdılar.

http://ars1910.org/

https://armenianweekly.com/2016/11/16/ara-demirjian/

http://ars1910.org/artsakh-4-day-war-1st-anniversary/

https://en.wikipedia.org/wiki/Armenian_Revolutionary_Federation