R

Donor: Amerika Dövlət Departamentinin Məcburi köçkünlər və Miqrasiya Büro

Əməkdaş təşkilat: Beynəlxalq Miqrasiya Təşkilatı

Layihə müddəti: vbir il davam edəcək.

Əhatə olunann arazisi : Bərdə, Ağdam, Ağcabədi və Beyləqan rayonlarıdır.

Layihə çərçivəsində planlişdırılmış fəaliyyəti: qeyd edilən rayonların hər birindən bir QHT ilə işləyəcəyik. Məcburi köçkünlərə hüquqi yardımın edilməsi məqsədi ilə konsultasiya mərkəzlərinin yaradılması, QHT-lərin maddi-texniki bazasının gücləndirilməsi, icmanın səfərbər olması üçün sessiyaların keçirilməsi, məcburi köçkünlərə yardım məqsədi ilə koordinasiya / kommunikasiya mexanizmlərinin inkişaf etdirilməsi, məcburi köçkünlərin peşə vərdişlərinin artırılması, kiçik biznesin yaradılması və inkişaf etdirilməsi istiqamətində təlimlərin keçirilməsi, məcburi köçkünlərlə yerli icma sakinləri arasında reinteqrativ işlərin aparılması, problemlərin aradan qaldırılması üçün yerli hökumət və vətəndaş cəmiyyəti təşkilatlarının iştirakı ilə ümumşəhər görüşləri təşkil olunacaq. Daha sonra peşə təlimlərini başa vurmuş məcburi köçkünlərə kiçik sahibkarlıq fəaliyyətinin dəstəklənməsi məqsədi ilə güzəştli mikrokreditlər təklif ediləcək. Bu məqsədlə “Avrasiya-Kredit” bank olmayan kredit təşkilatı tərəfindən qiymətləndirmə aparılacaq. Bir il davam edəcək layihə çərçivəsində ailə başçısını itirmiş, aztəminatlı məcburi köçkün ailələrin kiçik və orta biznes sahələri yaradılacaq.



Gözlənilən nəticesi: Məcburi köçkünlərin xüsusən ailə başçısını itirmiş kimsəsiz qadınların sosial reinteqrasiyasını stimullaşdırılması, onların həyat şəraitinin yaxşılaşdırılması, məşğulluğunun artırılması, peşə vərdişlərinin gücləndirilməsi, yeni salınmış qəsəbələrdə iş yerlərinin artırılması.

Qeyd edək ki zəngin təcrübəsi ilə layihənin hazırlanmasına dəstək vermiş BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı layihənin son qiymətləndirilməsi və monitorinqini həyata keçirəcək.

BAMF-ın İnformasiya Departamenti