Layihənin keçirildiyi tarix: may-iyun 1996-cı il

Donor: Layihə daxili imkanlar hesabına həyata keçirilmişdir.

Layihənin həyata keçirildiyi əhatə dairəsi: Dağlıq Qarabağ və sərhədyanı rayonlar
Layihənin məqsədi: Qaçqın və məcburi köçkünlərin problemin yaranmasının səbəblərini araşdırmaq, problemin həlli yollarının öyrənilməsi və həlli istiqamətində Azərbaycan dövlətinə dəstək vermək.

Əldə edilən nəticə: “Milli məsələ və qaçqınlar probleminin həlli” layihəsi həyata keçirilərkən ilk növbədə bu problemin yaranmasının səbəbləri araşdırılmış və öyrənilmiş, layihəni həyata keçirən heyət qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində Azərbaycan dövlətinə dəstək vermişdir. Əldə edilən nəticə ondan ibarət olmuşdur ki, fond sonrakı dövrlərdə qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üçün informasiya bazasına yiyələndi və bu sahədə təcrübə toplayan kadr potensiyalını formalaşdırdı.