Layihənin həyata keçirildiyi tarix: may-iyun 1996-cı il

Donor: Layihə BAMF-ın daxili imkanları hesabına həyata keçirilmişdir.

Layihənin həyata keçirildiyi əhatə dairəsi: Azərbaycanın müharibədən zərər çəkmiş və işğaldan azad olunmuş əraziləri.

Layihənin məqsədi: Qaçqınlar, məcburi köçkünlər, hərbiçilər və yerli əhalini çətin anlarda, bilavasitə hadisə yerində həkiməqədərki ilk tibbi yardım göstərilməsi qaydaları ilə tanış edilməsi.

Əldə edilən nəticə: “Həkiməqədərki ilk tibbi yardım” layihəsinin həyata keçirilməsi ilə BAMF-ın bir qrup əməkdaşı yeni vərdişlərə yiyələndi, döyüşlərdə yaralanan əsgərlərə, ev-eşiklərini tərk edərkən zərər çəkən insanlara yaralar, sınıqlar, kəllənin zədələnmələri, qanaxma, yanıqlar, ətrafların üzülməsi və s. zamanı ilk tibbi yardm göstərməklə onların problemlərinin həllində bilavasitə iştirak etdi. Layihənin sonunda “Həkiməqədərki ilk tibbi yardım” adlı kitabça çap edildi, döyüşçülər, qaçqınlar və məcburi köçkünlər, habelə müharibə bölgəsindəki yaşayış məntəqələrinin sakinləri arasında yayıldı.