Layihənin həyata keçirildiyi tarix –2001-ci ilin avqust ayından 2003-cü ilin mart ayınadək.

Donor – Danimarka Qaçqınlar Şurası

Layihənin həyata keçirildiyi əhatə dairəsi –– Azərbaycan, Gürcüstan, Ermənistan və Şimali Qafqazın qeyri-hökumət təşkilatları.

Layihənin məqsədi: Cənubi Qafqazda bütün QHT-lər, təşkilatlar və digər maraqlı şəxslərin inkişaf etməsi və daha yaxşı əlaqə qurmaları üçün onlar arasında sərbəst informasiya mübadiləsinin sürətləndirilməsinə nail olmaq.

Əldə edilən nəticə: Qafqaz regionu qeyri-hökumət təşkilatları üzrə çoxfunksiyalı infoterminal layihəsi həyata keçirilməklə Şimali və Cənubi Qafqazda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları arasında əməkdaşlıq əlaqələri quruldu və möhkəmləndi, təmiz, şəffaf informasiya məkanının formalaşdırılması istiqamətində səmərəli iş aparıldı. Regionda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları qaçqınların və məcburi köçkünlərin miqrasiya problemlərinin həllində yaxından iştirak etdilər. Keçirilən internetforumlar vasitəsilə regionda yaşanan problemlərin müzakirəsində birgə əməkdaşlıq formalaşdırıldı. Sonda regionda yaşayan publisistlərin, şairlərin, yazıçıların, habelə qaçqınların və məcburi köçkünlərin müəllifliyi ilə Qafqazda baş verən münaqişələrə münasibəti özündə əks etdirən bədii və publisistik əsərlərdən ibarət “Ürəklərin açarı” adlı kitab çap olundu.