Layihənin həyata keçirildiyi tarix: 16-17 dekabr 2002-ci il.

Donor: NATO.

Layihənin həyata keçirildiyi əhatə dairəsi-- Qafqaz regionu.

Layihənin məqsədi: Qafqazda baş verən münaqişələrin səbəblərini araşdırmaq və onların aradan qaldırılması yollarını müəyyənləşdirmək.

Əldə edilən nəticə: Layihə çərçivəsində keçirilən ikigünlük beynəlxalq konfransda 17 dövlət, o cümlədən 11 ölkənin Azərbaycandakı səfirlikləri təmsil olunmuş, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq humanitar qurumların nümayəndələri, dövlət və qeyri-dövlət təşkilatlarının məsul işçiləri iştirak etmişlər. NATO-nun Qafqaz ölkələri ilə əməkdaşlığının inkişaf perspektivləri araşdırılmış və öyrənilmiş, Qafqaz ölkələrində etnik qarşıdurmalar və regional təhlükəsizlik məsələləri xarakterizə edilmiş, konfliktlərin aradan qaldırılması yollarında beynəlxalq təşkilatların gördükləri işlər və üzərlərinə düşən vəzifələr müzakirə olunmuş, regional problemlərin həllində demokratik islahatların və medianın rolu, münaqişələrin idarə olunmasında regionda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının birgə əməkdaşlığı məsələləri müzakirə olunmuşdur.