Layihənin həyata keçirildiyi tarix: iyun-avqust 2003-cü il.

Donor – Layihə BAMF-ın daxili imkanları hesabına həyata keçirilib.

Layihənin həyata keçirildiyi əhatə dairəsi: Azərbaycanın media qurumları və kütləvi informasiya vasitələri sferası

Layihənin məqsədi: Mərkəzi və Şərqi Avropa Jurnalistlərinin məlumat kitabı əsasında həyata keçirilən layihə özündə jurnalistikanın nəzəri-praktik məsələlərini, müxtəlif janrlara dair tematik tövsiyələri, qəzetçiliyin texnologiyası, qəzetin planlaşdırılması, Azərbaycanda kütləvi informasiya vasitələrinin fəaliyyətini nizamlayan qanunlarla bağlı sənədləri özündə əks etdirmişdir.

Əldə olunan nəticə: layihənin həyata keçirilməsinin nəticəsi olaraq “Jurnalist olmaq istəyirsənsə…” adlı məlumat kitabı çap olunaraq media qurumları və kütləvi informasiya vasitələri işçiləri arasında pulsuz yayılmışdır.