Layihənin həyata keçirildiyi tarix: 01 iyul 2007-01 iyul 2008-ci il.

Donor: ABŞ Dövlət Departamenti Hərbi-Siyasi İşlər Bürosunun
Silahların Ləğvi və Qadağan Olunması İdarəsi.

Layihənin həyata keçirildiyi əhatə dairəsi: Azərbaycanın Füzuli və 5 qonşu rayonunu.

Layihənin məqsədi: Minadan zərər çəkmiş şəxslərin yaşadıqları Beyləqan, Ağcabədi, İmişli, Saatlı və Sabirabad rayonlarında təkrar tədqiqatlar aparmaqla onların tibbi xidmətə, psixoloji reabilitasiyaya, peşə vərdişlərinə yiyələnməyə, maliyyə dəstəyinə olan ehtiyaclarını öyrənmək, mina qurbanlarına təlimlər keçməklə onların təşkilatlanmasına, öz problemlərinin həllinə özlərinin istiqamətləndirilməsinə nail olmaq. Layihənin prioritet məqsədlərindən biri də BAMF-ın təsisçiliyi ilə yaradılan “Avrasiya-Kredit” MMC tərəfindən güzəştli kreditlər verməklə mina qurbanlarının özlərinin gəlir gətirən sahələrinin yaradılması istiqamətində işlər görmək idi.

Əldə olunan nəticə: Layihə çərçivəsində Beyləqan, Ağcabədi, İmişli, Saatlı və Sabirabad rayonlarında mina qurbanları ilə təkrar görüşlər keçirildi, onların müxtəlif istiqamətlərdə ehtiyacları bir daha öyrənildi, 10 nəfərdən ibarət yaradılan təşəbbüs qrupuna təlimlər keçməklə onların iştirakı ilə AMZA-nın Ağstafa regional bölməsi yaradıldı. Bundan əlavə, müraciət edən mina qurbanlarından bir qrupuna “Avrasiya-Kredit” tərəfindən güzəştli kreditlər verilməklə minadan zərərçəkənlərin kiçik sahibkarlıqla məşğul olmaları üçün imkanlar yaradıldı.