Layihənin həyata keçiirildiyi tarix: 01 iyul 2009--31 dekabr 2010-cu illər.

Donor: ABŞ Dövlət Departementi Hərbi-Siyasi İşlər Bürosunun Silahların Ləğvi və Qadağan Olunması İdarəsi.

Layihənin həyata keçirildiyi əhatə dairəsi: Tərtər rayonu və qonşu ərazilər.

Layihənin məqsədi: Mina qurbanları və onların ailə üzvlərinə, müharibədən zərər çəkən digər insanlara təlimlər keçməkılə onlara müxtəlif peşə vərdişləri aşılamaq, onların əmək məşğulluğunu təmin etmək üçün istehsal sahələri və tingçilik təsərrüfatı yaratmaq, bunula da regionda bu təbəqədən olan insanlar arasında işsizliyin səviyyəsinin aşağı salmaq.

Əldə edilən nəticə: PTM-nin planlaşdırdığı peşə təkliflərı sahəsində işçilər öz bacarıqlarını artıracaq və PTM məzunlarının istehsal etdiyi məhsullar əsasən yerli bazara çıxarılacaq. PTM öz bazarını gəlir və tələbə uyğun olaraq genişləndirməyə can atacaqdır.
Mina qurbanlarını, onların ailə üzvlərini, mühəribədən zərər çəkən insanları, qaçqınları və məcburi köçkünləri işlə təmin etmək, dayanıqlı gəlir əldə etmək üçün PTM məzunlarına yardımçı olmaq, məzunları cəmiyyətin bütün sfera və inkişaf proseslərinə cəlb etmək gözlənilən nəticələrdəndir. Layihə çərçivəsində yaradılan istehsal sahələri (xalçaçılıq, çörək və çərək məhsullarının istehsalı), tingçilik təsərrüfatı onlarla insanın işlə təmin olunmasına imkan yaradacaq.