Tədbirdə Avropa Birliyinin Cənubi Qafqaz üzrə Xüsusi nümayəndəsi səfir Herbert Salber çıxış edərək Avropa Birliyi tərəfindən Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində görülən işlər barədə məlumat verdi və iştirakçıların suallarının cavablandırdı. O , son günlər aktiv müzakirə mövzusu olan Minsk qrupunun formatının və tərkibini dəyişdirilməsinin mümkünsüzlüyü haqqında fikrini bildirdi.
Mövzu ilə bağlı çıxış edən Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev isə Azərbaycanın vətəndaşı cəmiyyəti adından Avropa Birliyinin Cənubi Qafqaz üzrə Xüsusi nümayəndəsinə iradlarını bildirdi. Onun sözlərinə görə , Avropa Birliyi Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində sadə azərbaycanlıların gözündə öz etibarını itirib. Son illər müşahidə olunan ikili standartlar siyasətinə görə , Azərbaycan cəmiyyətində və mediasında bu quruma qarşı etimadsızlıq yaranıb. Umud Mirzəyev Avropa Birliyinin Cənubi Qafqaz üzrə Xüsusi nümayəndəsi səfir Herbert Salberdən təmsil etdiyi qurumun niyə Azərbaycanı müharibəyə sövq etdiyini soruşdu . BAMF sədri fikrini belə əsaslandırdı ki, Avropa Birliyi təcavüzkarla təcavüzə uğrayan arasında bərabərlik işarəsi qoymaqla böyük bir ədalətsizliyə rəvac verir . Avropa Birliyi kimi söz sahibi qurumların belə qərəzli mövqeyi isə Azərbaycanı münaqişənin həllində ən son varianta , hərbi yolla öz torpaqlarını azad etməyə sövq edir . Halbuki , Azərbaycan həmişə sülh və barışığı üstün tutur və indi də bu sülhsevər mövqeyinə sadiqdir .
BAMF sədrinin bu mövqeyi tədbir iştirakçıları tərəfindən rəğbət və dəstəklə qarşılanıb .

BAMF –ın informasiya departamenti