Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin Ərəb Dövlətləri Liqası ilə Mərkəzi Asiya ölkələri və Azərbaycan Respublikası arasında əməkdaşlıq haqqında Memorandumun təsdiq edilməsi barədə sərəncamı ətrafında da söhbət edən cənab Sami əl-Aydi bu sərəncama əsasən, ərəb ölkələri ilə əlaqələrin möhkəmləndirilməsindən bəhs edib. Bu baxımdan, 2017-ci ildə Bakıda keçiriləcək Ərəb İslam Həmrəyliyi oyunlarının əhəmiyyətini də xüsusi vurğulayıb.
Öz növbəsində, cənab Umud Mirzəyev Əhməd Sami əl-Aydiyə BAMF-ın son illərdəki fəaliyyəti və əldə etdiyi uğurlar haqqında məlumat verib və ona BAMF-ın illik hesabatını təqdim edib.
Fikir mübadiləsi əsnasında keçən görüşdə gələcək əməkdaşlıq perspektivlərindən danışılıb, gələcəkdə BAMF və Misir Mədəniyyət Mərkəzinin birgə müxtəlif tədbirlər keçirməsi barədə təkliflər səsləndirilib. BMT-nin Əsas Məşvərətçi statuslu üzvü olan BAMF kimi nüfuzlu təşkilatın fəaliyyətinin Ərəb ölkələrində də işıqlandırılmasının vacibliyini qeyd edən Cənab Əhməd Sami əl-Aydi bunun Azərbaycan həqiqətlərinin dünyaya düzgün çatdırılmasında mühüm addım olacağını bildirib .
Daha sonra, Umud Mirzəyev mərkəzin səyyar sərgisi və 8000-dən çox kitabdan ibarət böyük kitabxanası ilə tanış olub. Cənab Əhməd Sami əl-Aydi sonda Umud Mirzəyevə Misir mədəniyyətini əks etdirən orijinal papirus olan tablonu hədiyyə edib.

BAMF-ın Informasiya Departamenti