Ziyarət zamanı BAMF-ın sədri Umud Mirzəyev mərhumun konfilikt bölgələrindəki gördüyü işlərə ehtiram əlaməti olaraq Bakıdan apardığı 100 ədəd qərənfili Modris Auzinşin qəbri üzərinə qoyub.

Qeyd etmək lazımdır ki, BAMF-ın fəaliyyətində əvəzsiz xidmətləri olan Modris Auzinşin 80-ci illərin sonlarından başlayaraq Post-Sovet məkanında baş verən konfilikt bölgələrinin əksəriyyətinə çoxsaylı səfərləri olub.

Modris Auzinş 1997-ci ildə Sankt Peterburqda Avropadan, Post-Sovet məkanından, Baltikyanı ölkələrindən tanınmış ekspertlərin, ictimai xadimlərin iştirak etdiyi “Milli məsələ və qaçqınların problemləri” mövzusunda keçirilən beynəlxalq konfransın əsas təşkilatçılarından biri olub. Çıxışlarında Dağlıq Qarabağ probleminin daha geniş konfiliktlərə yol açmaması üçün bu münaqişənin vaxtında və ədalətli həllinə dair müxtəlif çağırışlar edib və öz çıxışlarında erməni seperatizminin təkcə Dağlıq Qarabağ üçün deyil, bütün region üçün böyük təhlükə olduğunu vurğulayıb.
O, Azərbaycana qarşı tətbiq edilən 907-ci düzəlişin əleyhinə olmaqla, Dağlıq Qarabağın işğalı, məcburi köçkünlərin ağır yaşayış tərzi, eyni zamanda milli münaqişə ocaqlarından xalqların əziyyət çəkməsi faktlarını, sülhü və dondurulmuş münaqişələrin həllində həmrəyliyin vacibliyinin beynəlxalq arenaya çatdırılmasında ciddi işlər görüb. Modris Auzinş Kommersant, Yauna Aviza və eyni zamanda Baltikyanı regionda nəşr edilən şox tirajlı qəzetlərdə aparıcı yazar-jurnalistlərdən biri idi.

BAMF-ın İnformasiya Departamenti