Bununla yanaşı ölkələrinin iqtisadi, siyasi, mədəni və sosial həyatı ilə daha yaxından tanış olmaq və fikir mübadiləsi aparmaq məqsədi ilə kütləvi informasiya vasitələri, vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı səfərlərini təşviq edəcəklər. İsrailin “Cəmiyyət üçün beynəlxalq layihələr” QHT-si və BAMF Qarabağ münaqişəsi həqiqətlərinin, Xocalı faciəsinin İsraildə eləcə də digər inkişaf etmiş ölkələrdə təbliğ olunması, tanınması istiqamətində proqramların hazırlanması, analitik yazıların dərc olunması, Qarabağın tarixi, mədəni, mədəniyyətini əks etdirən tədbirlərin keçirilməsi, nəşrlərin hazırlanması istiqamətində əməkdaşlıq edəcəklər. Hər iki təşkilat Azərbaycan və Yəhudi xalqlarının üzləşdiyi faciələrin, həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırmaqda, hər iki ölkənin ağrılı məsələlərinin gündəmdə saxlanılması istiqamətində fəaliyyəti dəstəkləyərək birgə fəaliyyət göstərəcəklər.

BAMF-ın İnformasiya Departamenti