R

Umud Mirzəyev BAMF ilə Yunanıstanın Azərbaycandakı səfirliyi arasında əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayıb. BAMF-ın adından Azərbaycan-Yunanıstan münasibətlərinin möhkəmləndirilməsi üçün verdiyi töhfələrə görə və həmçinin BAMF və səfirlik arasında praktiki əməkdaşlığın genişləndirilməsi üçün etdiyi təşəbbüsə görə səfirliyə minnətdarlığını bildirib.

Cənab Dimitrios G. Tsounqas səfirliyin artıq Azərbaycanda bir neçə tədbir təşkil etdiyini və bundan sonra da yeni layihələrə ehtiyac olduğunu bildirib. Azərbaycan və Yunanıstanın xüsusilə, mədəniyyət sahəsində çox ortaq nöqtəsi var və bu gələcək əməkdaşlığın əsasını qoyacaq səbəblərdən biridir. Hər iki tərəf bugünki görüşün yaxın əməkdaşlığın başlanğıcı olduğunu qeyd edib.

BAMFın ofisinin Azərbaycanda olması əməkdaşlığın təşviqi üçün yaxşı imkandır.Yunanıstan mədəni və tarixi zənginliyə sahibdir və və bu bir çox qarşılıqlı layihələrə tətbiq oluna bilər. BAMF sədri Umud Mirzayev səfirə BAMF-a səfər etdiyinə görə öz təşəkkürünü bildirib. Yaxın gələcəkdə daha bir görüşün keçirilməsi üçün razılığa gəlinib.