R

Saziş Avrasiya Media Şəbəkəsinin təsisçisi və BMT-nin İqtisadi və Sosial Şurası (ECOSOC) QHT bölməsinin xüsusi məşvərətçi statuslu üzvü olan Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev və Afrikada Sülh və İnkişaf uğrunda Media Hərəkatının daimi katibi Jan Pol Nanfak (Mr. Jean Paul Nanfack) arasında imzalanıb.

Onlar arasında birgə əməkdaşlıq haqqında sazişin əhəmiyyəti və məqsədi barədə fikir mübadiləsi aparılıb.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev Avrasiya Media Şəbəkəsi və Afrikada Sülh və İnkişaf uğrunda Media Hərəkatı arasında imzalanan sazişin əhəmiyyətini vurğulayıb və əməkdaşlıq çərçivəsində yeni layihələrin perspektivindən danışıb.