R

1891-ci ildə təsis edilən Beynəlxalq Sülh Bürosu dünyanın ən qədim beynəlxalq sülh federasiyalarının biridir. Beynəlxalq Sülh Bürosunun missiyası Müharibəsiz Dünya yaratmaqdır.BSB 1977-ci ildən İqtisadi və Sosial Şura üzrə Məşvərət Statusuna və həmçinin İctimai İnformasiya Departamenti üzrə ortaq statusa sahibdir.BAMF-ın sədri Umud Mirzəyev və o,2001-ci ildən Beynəlxalq Sülh Bürosunun (BSB) üzvüdür və o, həmçinin Beynəlxalq Sülh Bürosunun 18 qərbi Asiya ölkələri üzrə nümayəndəsidir.

Cənab Umud Mirzəyev səfər çərçivəsində Beynəlxalq Sülh Bürosunun baş katibi Kolin Arçer ilə müəyyən məsələlər üzrə müzakirəsi oldu.Kolin Arçer bildiyimiz kimi öz həyatı boyunca yalnız sülh və onun yayılması naminə çalışan şəxsdir.Bundan başqa, o, Ukrayna vətəndaş cəmiyyətinin nümayəndəsi Oksana Kobzar ilə görüşdü,tərəflər müxtəlif maraqlı layihələri müzakirə edib ,Beynəlxalq Sülh Bürosunun hədəflərindən danışdılar.