R

Səfirliyin iqamətgahında keçirilən görüşdə tərəflər səfirliklə təşkilat arasında əməkdaşlıq perspektivləri, birgə layihələrin həyata keçirilməsi imkanları və başqa məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

U. Mirzəyev təşkilatın yaranma tarixi, müxtəlif sahələri əhadə edən fəaliyyəti və həyata keçirdiyi çoxsaylı layihələr barədə səfirə məlumat verib. O, bildirib ki, BMT-nin İqtisadi-Sosial Şurasının (ECOSOC) Əsas Məşvərətçi Statuslu üzvü olan BAMF 1992-ci ildə Azərbaycanda qeydiyyatdan keçmiş müstəqil beynəlxalq qeyri-hökumət təşkilatıdır. BAMF sədri bildirib ki, rəhbərlik etdiyi təşkilat BMT qurumları, Amerikanın Dövlət Departamenti, Avropa Komissiyası, Dünya Bankı, Beynəlxalq Mətbuat İnstitutu, Beynəlxalq Jurnalistlər Federasiyası, xarici ölkələrin Azərbaycandakı səfirlikləri, nazirliklər, agentliklər, habelə regiondakı yerli və beynəlxalq qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərir.

İki ölkə arasında iqtisadi, siyasi və ticarət əlaqələrinin inkişaf etdiyini söyləyən səfir bildirib ki, Mərakeş Krallığı Azərbaycan ilə bütün sahələrdə əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Mohamed Adil Embarş qeyd edib ki, müstəqillik əldə etdikdən sonra ölkənin Azərbaycanla diplomatik münasibətlər quran ilk ölkələrdən olub. O, deyib ki, Azərbaycan və Mərakeş xalqalrı arasında olan sıx dostluq bağları iki dövlət dövlət arasındakı münasibətlərin inkişafına da müsbət təsir göstərir. Səfir, həmçinin, qeyd edib ki, iki ölkə arasında əməkdaşlığın güclənməsində media xüsusi rol oynayır.

Təşkilatın bu günə kimi həyata keçirdiyi layihələri yüksək qiymətləndirən Mohamed Adil Embarş qeyd edib ki, Mərakeş səfirliyi BAMF-ın gələcək təşəbbüslərində onunla əməkdaşlıq etmək niyyətindədir.