R

#BAMF sədri Umud Mirzəyev AZTV kanalının Xəbərlər verilişi üçün ABŞ və Rusiya Baş Qərargah rəislərinin Bakıda keçirilən görüşünü şərh edib. ABŞ-ın Baş Qərargahlar rəisi general Cozef Danfordun və Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimovun fevralın 16-da Bakıda keçirilən görüşündə tərəflər hərbi fəaliyyətin təhlükəsizliyinin artırılması, gərginliyin və insidentlərin yaranması risklərinin azaldılması sahəsində birgə işin istiqamətlərini müzakirə edib, habelə əlaqələri davam etdirmək barədə razılığa gəliblər. General Cozef Danford və ordu generalı Valeri Gerasimov ABŞ-Rusiya münasibətlərinin cari vəziyyəti, Avropa, Yaxın Şərq, Şimali Afrika və dünyanın digər mühüm regionlarında beynəlxalq təhlükəsizlik sahəsində vəziyyətin qiymətləndirilməsi məsələləri barədə fikir mübadiləsi aparıblar.

https://www.facebook.com/InternationalEurasiaPressFund/videos/10154516431461359/