R

Beynəlxalq Avrasia Mətbuat Fondu (BAMF) daha bir xeyirxah aksiyanı reallaşdırdı. 

"Eurasia Diary" xəbər verir ki, BAMF-ın kollektivi iyunun 1-də Tərtərin cəbhə xəttinə yaxın olan Həsənqaya və Şıxarx kəndlərində yaşayan uşaqlarla birlikdə 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününü qeyd edib,  onları müxtəlif hədiyyələrlə sevindirib. Qeyd edək ki, məhz bu kəndin uşaqları BAMF-ın beynəlxalq auditoriya üçün çəkdiyi və BMT-nin Cenevrə ofisində təqdim olunan videonun baş qəhrəmanlarıdır. 

Daha çox şəkil və videonu buradan tapa bilərsiz:

http://eurasiadiary.com/az/news/society/146136-bamf-1-iyun-usaqlarin-beynelxalq-mudafiesi-gunu-ile-bagli-xususi-aksiya-kecirib