R

Bu gün Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev Rusiyalı siyasi şərhçi və "Dünya ictimaiyyəti" beynəlxalq ictimai-siyasi araşdırmalar xidməti telejurnalının redaktoru Denis Korkodinovla görüşüb. Görüş BAMF-ın ofisində olub.

Denis Korkodinov - tanınmış rus blogeri, tədqiqatçı və Yaxın Şərq və Cənubi Qafqaz məsələlərində geniş təcrübəsi olan analitikdir. Onun münaqişələrin xüsusilə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tədqiq olunmasında çox böyük təcrübəsi var. 

Denis Korkodinov Azərbaycanın Sumqayıt şəhərində anadan olub, 6 yaşı olanda isə Rusiyaya gəlib. Buna baxmayaraq, o Dağlıq Qarabağ münaqişəsi barədə ictimaiyyətin məlumatlandırılmasında səylərini artırmaqla bu uzun sürən problemə böyük diqqət ayımağa çalışır. 

Bu il Denis də Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulub.

Bu dəfə Denis Korkodinov Azərbaycana Rusiyadan BAMF-ın dəvətilə gəlib. Burada o bir sıra mühüm görüşlər keçirəcək.

Uzun müddət sonra Bakıya gələn Denis şəhərin gözəlliyi və inkişafından çox təsirlənib.

BAMF prezidenti Umud Mirzəyev D. Korkodinovu Bakıda salamlayıb.

Görüşdə Korkodinov Azərbaycanın Dağlıq Qarabağ regionunun hələ də erməni silahlı qüvvələrinin işğalı altında olmasından narazı olduğunu bildirib. O həmçinin, münaqişənin həllinə dair özünün sosial-iqtisadi konsepsiyası barədə danışıb. Korkodinov münaqişənin dünya üçün təhlükə yaratdığından dolayı narahatlığını ifadə edib.