R
Beynalxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev və vitse-prezident Ramil Əzizov 05-06 noyabr tarixlərində Paris Meriyasının təşkilatçılığı ilə Siti Universitenin Sülh Korpusunda iki min nəfərin iştirakı ilə keçirilən Qlobal Sammitdə iştirak ediblər. Tədbir dayanıqlı inkişaf üçün sülh, kasıblığın aradan qaldırılmasında sosial biznesin rolu, sosial çağırışlarda sülh perspektivləri, ətraf mühitin qorunmasında dayanıqlı dəstək və sair mövzulara həsr olunub. Nobel Sülh mükafatı laureatı Məhəmməd Yunusun təşəbbüsü ilə hər il keçirilən budəfəki tədbirdə Paris şəhərinin meri Anne Hidalqo, Lüksemburq şahzadəsi Mariya Tereza, İspaniya kraliçası, Yunanıstan və Danimarka şahzadəsi xanım Sofiya, BMT baş katibinin siyasi məsələlər üzrə köməkçi Tomas Qas, BMT ətraf mühiti proqramının, Dəniz və Ekosistemlər bölməsinin rəhbəri Liza Svensson, Dünya Bankının Almaniya Dəniz proqramının direktoru Piter Bakker və digər tanınmış simalar iştirak ediblər.
 
Tədbirdə çıxış edən Paris Meriyasının rəhbəri sülh təşəbbüslərini və dayanıqlı inkişafı dəstəkləmək üçün hər il Paris Meriyası tərəfindən 1000 təşəbbüsün reallaşdırdığını bildirib. İspaniya kraliçası dünyada yoxsulluğun və müharibələrin dayandırılması üçün qəti addımların atılmalı olduunu bildirib. Lüksemburq şahzadəsi Mariya Tereza dünya mailyyəsinin əksər hallarda sosial inkişafa və sülhə xidmət etmədiyini ifadı edib. O, dünyanı Paris iqlim dəyişikləyinə qarşı mübarizə paktı ətrafında bir araya gəlməyə çağırıb.
Tədbir ərəfəsində Lüksemburq şəhzadəsi ilə görüşən Umud Mirzəyev ona Azərbaycan haqda məlumat verib. Şahzadə ölkəmizin inkişafından məmnun olduğunu ifadə edib. Umud Mirzəyev Azərbaycanın üzləşdiyi haqsız müharibənin BMT-nin gündəliyinə gətirilməsi üçün, eləcə də dayanıqlı inkişaf və sülh mövzusunda BMT baş katibinin köməkçisi Tomas Qas ilə fikir mübadiləsi aparıb.  Tomas Qas BAMF tərəfindən sülh təşəbbüslərinin dəstəklənməsi üçün keçirilən paralel tədbirlərə ciddi maraq göstərdiyini və ölkəmizin dayanıqlı inkişaf naminə sülh fəaliyyətini izlədiyini qeyd edib.
 
BAMF prezidenti Umud Mirzəyev Nobel Sülh mükafatı laureatı Məhəmməd Yunusa və digər tədbir iştirakçılarına Ermənistan – Azərbaycan Vətəndaş Sülh Platforması haqda məlumat verib. Məhəmməd Yunus BAMF prezidentinin təşəbbüslərin dəstəklənməsi və sülh çağırışlarının genişləndirilməsi təklifini yüksək qiymətləndirib, bu istiqamətdə əməkdaşlığa hazır olduğunu qeyd edib.
 
Tədbir müxtəlif sessiyalar üzrə davam etdirilib. Paris Meriyasının rəhbəri  Sülh və dayanıqlı inkişafın dəstəklənməsi, Paris 2014-ci il Olimpiya oyunlarına göstərdiyi dəstəyə görə Məhəmməd Yunusun Paris şəhərinin fəxri vətəndaşı adına layiq görüldüyünü elan edib. Qeyd edək ki, tədbir zamanı Umud Mirzəyevin təşəbbüsü ilə moderator Hans Reits Azərbaycanın auditoriyaya tantımını edərək, sülh və dayanıqlı inkişaf üçün texnoloji inkişafın, birlik və həmrəyliyin vacibliyinə toxunub.  Sonda Nobel Sülh mükafatı laureatı Məhəmməd Yunus tədbir iştirakçılarını sülh naminə dayanıqlı inkişaf ətrafında bir arada həmrəyliyə dəvət edib.