R

Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF)Macarıstanın Pecs Universiteti ilə BAMF-ın təşəbbüsü ilə yaradılmış Avrasiya Təhsil Mərkəzində "Müasir dillərdə nəaliyyətlərin sertifikasiyası üzrə Avropa konsorsiumu" İmtahan Mərkəzinin açılması barədə müqavilə imzalayıb. Bu barədə Eurasia Diary xəbər verir.

Avrasiya Təhsil Mərkəzi Azərbaycanda ECL statusu almış ilk qurumdur. Bu status tələbəyə əvvəlcə hazırlıq kursu keçməyə, daha sonra imtahandan uğurla keçməklə beynəlxalq dil sertifikatı almaq imkanı verir.

Beynəlxalq ECL imtahan sistemi Avropa Birliyinə üzv dövlətlərin dillərinə uyğunlaşdırılmış, standartlaşdırılmış test sistemidir. Bu test sistemi bütöv Avropa hesabat sisteminin (CEFR) tövsiyyələrinə əsaslanır və Müasir dillərdə nəaliyyətlərin sertifikasiyası üzrə Avropa konsorsiumu tərəfindən idarə olunur. ECL sertifikatı Avropa Birliyi tərəfindən istənilən beynəlxalq təhsil proqramlarında, işə, eləcə də, təhsilini davam etdirmək üçün təhsil müəssəsinə qəbul olunarkən,     (məs. magistraturaya) həmçinin miqrasiya zamanı dil bilikləri səviyyəsinin təsdiq edən sənəddir.

ECL imtahan sistemi 1983-1992-ci illərdə dil biliklərinin yoxlanılması üzrə beynəlxalq ekspertlər qrupu tərəfindən işlənib hazırlanmışdır. ECL Beynəlxalq imtahan mərkəzi 1999-cu ildən ilk dəfə Macarıstanda 1367-ci ildə əsası qoyulmuş Peç Universitetində xarici dillər üzrə Katiblikdə fəaliyyət göstərir.

Standartlaşdırmanın ilk mərhələsində vahid meyarlar əsasında yaradılmış ECL imtahanları ingilis, fransız, alman, macar, italyan, polyak, rumın, bolqar, serb, slovak, rus, ispan, horvat, çex və ivrit dillərində keçirilir.

Azərbaycanlı tələbələrin ECL imtahanında iştirak etmək və Avropada təhsil almaq və ya işləmək istəyənlər üçün əlavə üstünlük verəcək istənilən avropa dili biliyinə malik olduğunu təsdiqləyən sertifikat almaq imkanı var.

“Avrasiya” Təhsil mərkəzi Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurasının (ECOSOS) ümumi məşvərətçi statusuna malik təşkilat olan Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) rəhbərliyi altında Birləşmiş Millətlər Təşkilatının hamı üçün hərtərəfli və ixtisaslaşmış təhsilin təşviqatının əsas prioritet olduğu davamlı inkişaf məqsədlərinin həyata keçirilməsində geniş təcrübəyə malikdir. Fond davamlı olaraq, öz peşəkar bacarıqlarını inkişaf etdirmək istəyənlər üçün təlimlər, seminarlar, təhsil proqramları, təcrübə proqramları təşkil edir.

“Avrasiya” Təhsil mərkəzi bir sıra xarici dillərin öyrənilməsini təklif edir, tələbələrə xaricdə təhsil almağı təklif etməklə ABŞ-da, Polşada, Böyük Britaniyada, Macarıstanda, Rusiyada və s. bütün dünyadan olan nüfuzlu beynəlxalq universitetlərlə, kollec və instiutlarla əməkdaşlıq edir.

Daha ətraflı məlumat üçün mərkəzlə əlaqə saxlayın

Тел: (+99412) 539 76 97 (103) // Моб: (+99470) 522 72 26

E-mail: [email protected] // web:www.eurasiaedu.az